Moskvada azərbaycanlı gənc "skinhedlər”in hücumuna məruz qalıb. Belə ki, dünən axşam saatlarında Kiyevski vağzaldan hərəkət edən "Moskva-Bekasovo” elektrik qatarında bir qrup maskalı və beysbol taxtası ilə silahlanmış şəxs azərbaycanlı gəncə hücum edib. Qatarın dispetçeri dərhal hadisə yerinə polis çağırıb. Lakin polis gələnə kimi onlar Elvin adlı Azərbaycan vətəndaşını döyərək aradan çıxa bilib.
Azərbaycanlı oğlan onu döyənlərlə bağlı polisə şikayət etməyib. Hadisənin təfərrüatları barədə ifadə verən Elvin bildirib ki, yanvarın 19-da Kiyevski vağzalda qatara minib: "Vaqonda 10 nəfər gəncin qaçdığını gördüm. Fikirləşdim ki, yəqin bilet almayıblar. Ona görə də bələdçidən qaçırlar. Mən də onların arxasınca getdim, çünki mənim də biletim yox idi. Mən o biri vaqonun qapısından keçmək istəyəndə həmin gəclərdən biri yolumu kəsdi və məni milli zəmində təhqir etdi. Onu yumruğumla itələdim. O isə mənim gözümə bibər qazı sıxdı. Bu vaxt onun 8 nəfər yoldaşı da üzərimə gəldi və məni döyməyə başladılar. Başımı əzdilər. Lakin mən həmin qatarı tərk etmədim. Axırıncı stansiyaya qədər getdim”.
Elvin onu döyənlərin heç də hamısının maskalı olmadığını söyləyib: "Dəqiq xatırlamıram, amma onlardan bir-iki nəfər maska taxmışdı, digərləri üzlərini şərflə bağlamışdılar”.
Baki-xeber.com