İran Avropaya istehlakçılar üçün satdığı neftin qiymətində güzəştlər edib. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Reuters” xəbər yayıb.
Xəbərə görə, məqsəd Səudiyyə Ərəbistanını Avropa bazarında sıxışdırmaqdır. Agentliyin bildirdiyinə görə, OPEK səbətinə daxil olan 23,85 dollar/barrel dəyərində Iran Heavy nefti bundan sonra Avropaya 6,55 dollara satılacaq. Səudiyyə Ərəbistanı isə öz neftini diskontla 4,85 dollar/barrel qiymətinə satır.
Xəbərdə o da bildirilir ki, İran hökuməti 18 yanvar tarixindən ölkəsinin sutkada 500 min barrel neft hasilatına keçidini alqışlayır.