ANHA-nın xəbərinə görə, Türk Silahlı Qüvvələrinin mina axtarma və zərərsizləşdirmə bölümü dünən axşam saatlarında hərbi vasitə və avtomobillərin müşayiətilə Cerablus sərhəd qapısı üzərindən Suriya torpaqlarına girib .
Türk əsgərləri sərhədi keçdikdən sonra Suriya ərazisinin qərb istiqamətinə doğru hərəkət edib . Agentliyə danışan qaynaqlar TSQ-nin Suriya torpaqlarına girdiyini , hərəkətliliyi gözlə görə bildiklərini bildirib. Maraqlıdır ki, IŞİD Türk əsgərlərini görsə də, onların Suriyaya girişinə heç bir müdaxilə etməyib və yalnız onları izləməklə kifayətlənib.
Təxminən min əsgərin sərhədi keçdiyi iddia olunur.
Baki-xeber.com