Kür çayının Ağcəbədi rayonu ərazisindən keçən hissəsində 1 nəfər batıb. Bu barədə baki-xeber.com-a Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən məlumat daxil olub. Mərkəzin xəbərinə görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə çıxıb. Hazırda vətəndaşın axtarışları davam edir. Batan şəxsin kimliyi və axtarışın nəticələri barədə əlavə məlumat veriləcək.