"American Airlines” aviakompaniyası 4 nəfər qaradərili sərnişinini "uçuş heyətində həyəcan yaratdığı üçün” təyyarədən endirib. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "The Independent” yazır.
"Stüardessa və pilotlar bizim təyyarədə olmağımızdan həyəcan keçirdilər”- onlardan biri bildirib. Xəbərə görə, Bruklin sakini olan qaradərililərin biri indus, digərləri müsəlmandır. Aviakompaniyanın nümayəndəsi onları qəbul edərək təyyarədən endirilmələrinin səbəbini uçuş heyətinin qorxusu ilə izah edib. Öz hövbəsində qaradərililər insidenti irqi ayrıseçkilik kimi dəyərləndirib və bildiriblər ki, baş verən olaya görə 1 milyon, həmçinin mənəvi ziyana görə hərəyə 5 milyon dollar kompensasiya tələb edirlər.