Azərbaycanda 20 Yanvar – Hüzn gününün 26-cı ildönümü ilə əlaqədar Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi.
Dövlət başçısı "Əbədi məşəl” abidəsi önünə əklil qoydu. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndi.
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəlmişdilər.
Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edirdi.