Qərb mətbuatı siyasətçilərə İranla münasibətlərin istiləşməsinə aldanmamağı tövsiyə edir. Baki-xeber.com EurAsia Daily saytına istinadən xəbər verir ki, belə bir çağırışla Britaniyanın "The Independent” nəşri çıxış edib.
Qəzet yazır ki, İranın nüvə fəaliyyətinə məhdudiyyət qoyulduqdan sonra dünya daha təhlükəsiz olmuşdu. Sanksiyaların qaldırılmasının yenidən narahatlığa əsas verdiyini yazan qəzet eyni zamanda 80 milyonluq İranın beynəlxalq arenaya qayıdışının müsbət tərəflərini də qeyd edir. Bildirir ki, bu fakt dünya iqtisadiyyatının yavaşıyan tempinə təkan verəcək.