BMT-nin insan hüquqları üzrə ali komissarlığı BMT misssiyasının yardımı və İraqın birgə təşkilatçılığı ilə bu ərəb ölkəsində insan hüquqlarının bugünkü vəziyyəti ilə bağlı məruzə hazırlayıb. Baki-xeber.com-un kommersant.ru saytına istinadən xəbərinə görə, məruzədə İraqda İŞİD silahlılarının 3,5 milyon insanı köləlikdə saxladığı əksini tapıb.
"Bu insanların əksəriyyətini qadın və uşaqlar təşkil edir. Onlar arasında yezitlər çoxdur, lakin kölələr sırasına digər etnik və dini azliqlar da daxildir”- deyə məruzə ilə bağlı açıqlamada deyilir. Məruzədə o da bildirilir ki, bəzi hallarda terrorçuların hərəkətləri "insanlığa qarşı cinayət” kimi qiymətləndirilməlidir. Məruzə müəlliflərinin fikrincə, burada genosid əlamətləri də yox deyil.
Daha öncə BMT Ali Komissarlığının zorakılıq vı münaqişələr üzrə nümayəndəsi Zeynəb Banqura bəyan etmişdi ki, İŞİD-in nəzarətində olan ərazilərdə uşaq və yeniyetmələr seksual köləlik məqsədilə satılır. Xanım Banqura terrorçuların qul bazarı üçün qiymət cədvəlini də gördüyünü bildirmişdi. Onun sözlərinə görə, həmin cədvəldə 1-9 yaş arası oğlan və qız uşaqlarının qiyməti 165 dollar göstərilir. Bu isə iŞİD-in nəzarətindəki ərazilərdə insan alqı-satqısına dair ilk fakt deyil.