Azərbaycan xalqının qan yaddaşına 20 yanvar hadisələri kimi yazılan 1990-cı ilin qanlı yanvar hadisələrindən düz 26 il keçir. Ürəyində vətən sevgisi olan hər bir Azərbaycanlı xalqımıza qarşı törədilmiş bu cinayətlə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır.
Qətlə yetirilən günahsiz insanların əziz xatirəsinə ehtiram əlaməti olaraq, UBM Group bu layihəni korporativ sosial məsuliyyət proqramı çərçivəsində, tarixi həqiqətlərin dünyaya çatdırılmasına öz töhfəsini vermək məqsədilə həyata keçirir.
Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrdə Remember victims of 20 January "20 Yanvar şəhidlərini unutma!” adlı səhifə yaradaraq, fəal təbliğat kampaniyasına start verilib.
Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat metarialları 5 dildə - İngilis, Fransız, Alman, Rus və Azərbaycan dillərində hazırlanıb.
Layihə müəllifləri soydaşlarımıza müraciət edib. Müraciətdə bildirilir: "Həm ölkəmizdə, həm də dünyanın hər bir regionunda yaşayan soydaşlarımızı bizim paylaşdığımız təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə dəvət edirik”.
Hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edirik. Gəlin tariximizi unutmayaq, undulmasına da imkan verməyək. Xalqımızın qan yaddaşına yazılmış 20 Yanvar hadisələrini daha yüksək səslə bütün dünyaya car çəkək.
https://www.facebook.com/Remember-victims-of-20-January-1674115446181140/
https://www.instagram.com/remember_victims_of_20_january/
https://twitter.com/20_January_
https://www.youtube.com/channel/UCwKa3w-dYd9s3XTWn0TOO3w