"Əməkdaşların sayını 30 faiz azaltmışıq. Planımız odur ki, əməkdaşlarımızın fəaliyyəti daha operativ və çevik olsun”. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib.
M.Quliyev bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti arasında işgüzar münasibətlər var:
"İki qurum arasında işgüzar münasibətlər var. Məlumat mübadiləsi aparırıq. Həmin qurumda da kadrlarla bağlı islahatlar aparılır. Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılanda qarşımıza tələb qoyuldu ki, hər iki qurum müasir tələblərə cavab verməlidir. Bizə bir ay vaxt verilmişdi. Bu müddət ərzində gördüyümüz işlərlə bağlı dövlət başçısına məlumat verdik. İndi öz səlahiyyətlərimiz çərçivəsində fəaliyyətimizi davam etdiririk”.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev bəzi rayonlarda baş vermiş qanunsuz etiraz aksiyalarına da münasibət bildirib. M.Quliyev jurnalistlərə bildirib ki, qanunsuz aksiyalar manatın devalvasiyası ilə bağlı deyildi.
O, qeyd edib ki, sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər: "Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik”.
M.Quliyev əlavə edib ki, bütün dünyada, o cümlədən, neft ölkələrində böhran baş verib: "Amma Azərbaycanda bu vəziyyətin aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır. Baxın, ölkədə unun qiyməti aşağı salındı, digər ərzaqların da qiymətləri nəzarətdə saxlanılır. Milli valyutamızın dəyərini qoruyub-saxlamağa çalışırıq”.
"Bütün neft ölkələrində, ümumiyyətlə, dünyada iqtisadi böhran yaşanır. Belə şəraitdə Prezident İlham Əliyev analoqu olmayan addımlar atdı və bu gün də atmaqdadır”. Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda çörəyin qiyməti dünyada ən aşağı qiymətədir: "Yanacağın qiyməti sabit saxlanılır, hər bir Azərbaycan vətəndaşı rahatlıqla yanacaq ala bilir”. M.Quliyev qeyd edib ki, dövlət başçısı bütün bu məsələləri nəzarətdə saxlayır: "Qısa zaman ərzində cənab Prezident yeniliklər həyata keçirir. Biz xöşbəxt bir xalqıq ki, belə bir rəhbərimiz var”.
"Bütün neft ölkələrində, ümumiyyətlə, dünyada iqtisadi böhran yaşanır. Belə şəraitdə Prezident İlham Əliyev analoqu olmayan addımlar atdı və bu gün də atmaqdadır”. Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda çörəyin qiyməti dünyada ən aşağı qiymətədir: "Yanacağın qiyməti sabit saxlanılır, hər bir Azərbaycan vətəndaşı rahatlıqla yanacaq ala bilir”.
M.Quliyev qeyd edib ki, dövlət başçısı bütün bu məsələləri nəzarətdə saxlayır: "Qısa zaman ərzində cənab Prezident yeniliklər həyata keçirir. Biz xöşbəxt bir xalqıq ki, belə bir rəhbərimiz var”.