Bakı şəhəri Nərimanov rayonunda mənzildə iki nəfərin meyiti aşkarlanıb. Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən əldə etdiyi xəbərə görə, bunlar 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçdir.
Xəbərə görə, Mərkəzə iki nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xüsusi Risqli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək qapını xüsusi vasitələrlə açdıqda hər iki şəxsin hələlik bilinməyən səbəbdən dünyasını dəyişdiyi bəlli olub. Meyitlər müayinəyə götürülüb.