Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan postneft dövründə: hökumət nə etdi və nə gözləyək?

Image


Təməli 2007/2008-ci illərdə ABŞ banklarının yaratdığı "ipoteka vəbası” ilə qoyulmuş və sonradan bütün dünyanı bürümüş böyük maliyyə böhranının ölkəmizdən yan keçməsi üçün bu illər ərzində hökumət mümkün olan bütün addımları atdı. Bunun nəticəsi idi ki, Azərbaycan nəinki böhranı hiss etdi, əksinə, görünməmiş sıçrayışla bütün dünyaya  gerçək bir inkişaf modeli təqdim etdi. Məhz neft gəlirlərindən düzgün istifadə etməklə Azərbaycan iqtisadiyyatın digər sahələrini də sürətli inkişaf yoluna çıxarmağa müvəffəq oldu. Son 5 ilin iqtisadi göstəricilərinə diqqət edək: Bu müddət ərzində Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 20% artaraq 70%-ə yüksəlmiş, bu sektordan ixracın həcmi isə 60%-dən çox artmışdır. 

Lakin çox təəssüf ki, Azərbaycanın qeyri-neft sektoru sürətli inkişaf mərhələsinə qədəm qoyduğu, neftdən asılılığın aradan qaldırılması istiqamətində dövlət proqramlarının icra olunduğu bir ərəfədə iqtisadiyyatımız üçün arzulanmayan proseslər baş qaldırdı – neft kəskin şəkildə ucuzlaşmağa başladı. Aydındır ki,  2014-cü ilin ortalarından başlayaraq neftin dünya bazarlarında qiymətinin davamlı olaraq aşağı düşməsi qədim neft ölkələrindən biri kimi Azərbaycana təsirini göstərməyə bilməzdi. Düzdür, bu, təcrübədə birinci fakt deyil. Dünya bazarlarında neftin qiymətinin kəskin faza ilə artıb-azalması halları neftin hasil olunduğu tarix boyu dəfələrlə müşahidə olunub. Əslində, iqtisadiyyatı neftlə bağlı olan ölkələr bunu həmişə gözləyirlər. Lakin məsələ burasındadır ki, neftin qiymətinin budəfəki enişi əvvəlkilərdən fərqli xarakterdədir. Bu dəfə proses birmənalı şəkildə siyasi iddiaların təsiri altındadır. Bunu görmək üçün hansısa dərin təhlillərə ehtiyac duyulmur. Mənzərə göz önündədir -  Dünya gücləri münasibətlərini aydınlaşdırmağa və gələcək dünya düzəninin konturlarını cızmağa çalışır və bunun üçün bir-birilərinə qarşı bütün mümkün təsir vasitələri və rıçaqlarından istifadə edirlər. Məsələn, İran neftinin ixracına qoyulmuş embarqonun aradan götürülməsi, qırx illik fasilədən sonra ABŞ-ın dünya bazarına neft çıxarmaq iddiasına düşməsi, OPEK ölkələrinə neft hasilatını azaltmağa imkan verilməməsi və s. bu sıradan olan təsir vasitələridir ki, nəticəsi sözsüz ki, bizi – neft ölkəsi olan Azərbaycanı da vurur... Artıq heç kəsə sirr deyil ki, dünyada baş verənlərdən dolayı dövlətimizin gəlirləri nəzərəçarpacaq dərəcədə azalıb və elə məhz bunun nəticəsində də milli valyutamız öz dəyərini itirir. Bəli, bu gün ölkəmiz bizdən asılı olmayan səbəblərdən iqtisadi çətinliklərlə, maliyyə sistemində yaranmış gərginliklərlə üzləşib. Lakin bu o demək deyil ki, bəzilərinin iddia etdiyi kimi, faciə baş verib və xalq olaraq hamımız pessimizmə qapılıb indiyə qədər görülmüş bütün işlərin üzərindən xətt çəkməliyik. Əksinə, bu gün hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirməli, dövlətə dəstəyini əsirgəməməlidir. İndi elə bir məqamdır ki, təxribatlara uymaq, siyasi məqsədlərə hesablanmış çağırışlara qarşılıq vermək olmaz. Bu vətən yaxşı günü ilə də, pis günü ilə də bizimdir!  

Bəziləri öz siyasi maraqlarından çıxış edərək Azərbaycan hökumətini böyük neft pullarını ölkədə qeyri-neft sektorunun inkişafına yönəltməməkdə günahlandırır. Əslində isə bu vaxta qədər ölkənin iqtisadi və maliyyə sistemində tamam başqa reallıqlar müşahidə olunub. Azərbaycana böyük neft pulları 2008-ci ildən etibarən daxil olmağa başlayıb. Ancaq Prezident İlham Əliyev bundan 4 il öncə 2004-cü ildə,  "Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq. Ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur - daha doğrusu, Azərbaycan neft ölkəsi deyil” demişdi. Bax, Prezident bu fikirləri səsləndirdiyi vaxt  indi Azərbaycan hökumətini qeyri-neft sektorunun inkişafına diqqət göstərməməkdə suçlayanlar bu mövzuda ümumiyyətlə danışmırdılar. Həmin ərəfədə onlar boş xülyalarla yenicə seçilmiş gənc Prezidentin öz postunu qoruya, dövləti idarə edə bilməyəcəyinə dair fikirlər yaymaq, insanlarda yalnış təsəvvürlər formalaşdırmağa çalışırdılar. Lakin İlham Əliyevin  uğurlu iqtisadi siyasət strategiyası, düşünülmüş sosial-iqtisadi proqramları ölkə əhalisini Prezidentin ətrafında sıx birləşməyə həvəsləndirdi ki, nəticədə xalq dövlətin və dövlət başçısının əsas dayağına, güc mənbəyinə çevrildi. Konkret faktlara diqqət edək: 2008-ci ildən etibarən ölkəyə daxil olan böyük neft pulları ilk növbədə  qeyri-neft sektorunun inkişafına gələcəkdə yaxşı zəmin yarada biləcək iri infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldi.  Bu, çox düzgün addım idi. Ölkənin fasiləsiz elektrik enerjisi, su, qaz, yol və nəqliyyat problemlərini həll etmədən qeyri-neft sektorunun inkişafını təmin etmək mümkün deyildi. Bu işlər başa çatar-çatmaz artıq 2014-cü il sənaye, 2015-ci il isə kənd təsərrüfatı ili elan edildi. 2015-ci ilin ikinci yarısından etibarən isə ölkədə korrupsiya və rüşvətxorluğa qarşı açıq müharibə elan edən Prezident azad sahibkarlığın qarşısındakı bütün maneələrin tam aradan qaldırılmasını təmin edən qətiyyətli addımlar atdı. Hər kəs bilməlidir ki, bir neft ölkəsində iqtisadiyyatın neftdən asılılığına 5-6 il ərzində son qoymaq praktiki cəhətdən mümkün deyil və dünya təcrübəsi də belə bir nümunə tanımır.  Neft faktoru üzərində möhkəmlənmiş iqtisadiyyatın diversifikasiyası üçün illər və bəlkə də on illiklər sərf olunmalıdır. Bu proses bir göz qırpımında deyil, mərhələli şəkildə həyata keçirilməlidir. Azərbaycan hökuməti də bu yolda öz hədəfinə doğru sistemli və xüsusi proqramlarla "silahlanmış” şəkildə gedir. 

Danılmaz həqiqətdir ki, ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin strateji xəttidir və o öz başlanğıcını İlham Əliyevin prezident seçildiyi ilk günlərdən götürüb. Burada bir faktı da xatırlatmaq yerinə düşər: Prezident İlham Əliyev 2014-cü ilin əvvəlində həmən ili ölkədə sənaye ili elan edəndə dünya bazarlarında neftin qiyməti  bir barrel üçün 110 dollar civarında idi və həmin vaxt dünyanın nüfuzlu iqtisadiyyat institutları və maliyyə qurumları belə proqnozlaşdıra bilməzdilər ki, bir müddətdən sonra neft "su qiymətinə” düşəcək. Azərbaycan Prezidenti isə neftin qiymətinin 100-110 dollarlıq həddində belə ölkədə qeyri-neft sənayesinin inkişaf etdirilməsi istiqamətində  təxirəsalınmaz tədbirlər həyata keçirir, addımlar atırdı. İndi hansı haqla Prezidenti qınamaq olar ki, o, qeyri-neft sektorunun inkişafına maraq göstərməyib? Ədalət hissini gərək nə qədər itirəsən ki, "pulu daşa-divara xərclədilər” kimi görülmüş işlərin mahiyyətinə və miqyasına kölgə salan fikirlər səsləndirəsən. Həmin o "daş-divar” məktəb, uşaq baxçaları və ali təhsil ocaqlarının göz oxşayan yeni binalarıdır.  Müasir standartlara cavab verən nəhəng filarmoniyalar, konsert və idman arenalarıdır. Teatrlar, istirahət və əyləncə mərkəzləri, park və iaişə obyektləri, zövqlə inşa edilmiş çoxmərtəbəli yaşayış evləri, inzibati binalar və tibb müəssisələridir.  Həmin o "daş-divar” yol ötürücüləri, körpülər, yeni yollar, su elektrik stansiyaları, qazlaşdırma və içməli su layihələridir. Bu "daş-divar” Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, "Cənub” qaz dəhlizi, "Şahdəniz-2”, TANAP layihələri üzrə görülmüş nəhəg işlərdir. Dedikləri "daş-divar” Ordudur, yeni və müasir əsgər kazarmaları və yeməkxanalarıdır , müdafiə sənayesidir, müasir silahlar, döyüş maşınları, artileriya qurğularıdır...  Bütün bu və sadalamadığımız digər irimiqyaslı işlər Azərbaycan vətəndaşları üçün deyilmi? Həyata keçirilmiş və keçirilməkdə olan layihələrə axı necə kölgə salmaq olar? Hadisələrə, ümumi vəziyyətə qiymət verərkən bir qədər vicdanla danışmaq olmazmı? "Pulu daşa-divara xərclədilər”  deyənlər nə istəyirdilər? İstəyirdilər ki, uşaqları sovetlərdən qalmış və hər qarşında siçan deşiyi olan baxçalara, məktəblərəmi getsinlər? İstəyirdilər ki, ömürlərinin sonuna qədər hər il yağışdan qorunmaq üçün  damına qır tökdükləri balaca-balaca, bir-birinin içində olan köhnə və yaman günlü evlərdəmi yaşasınlar? İndi köçüb müasir binalarda və rahat mənzillərdə yaşayırlar. Sökülən daxmalara görə aldıqları 100-150 min manat da məhz neft pulları idi... Hər birimizin qohum-tanışı arasında belə insanlar var və biz onların əvvəlki həyatını da xatırlayırıq, indiki gününü də görürük. Elələri də var ki, yeni mənzildən əlavə maşın da alıb...  Ümumiyyətlə, bu ölkədə kiçikdən böyüyə qədər hamı neft gəlirlərindən bu və ya digər dərəcədə bəhrələnib. Hamı bilməlidir ki, bu gün gəlir azalması faktı ilə üzləşən təkcə Azərbaycan deyil. Qərbi Avropanın ən böyük neft ixracatçısı olan Norveç belə bu gün ciddi problemlərlə üzləşib və bu fakt artıq rəsmi səviyyədə etiraf olunur. Norveçin Neft İdarəsinin rəhbəri Bente Niland  mediaya açıqlamasında bildirib ki, neftin qiymətinin 30 dollara düşməsi səbəbindən Norveçin neft sənayesi böhranla üzləşib və bunu inkar etmək mümkün deyil. Söhbət o ölkədən gedir ki, "Vaxtında neft gəlirlərini düzgün xərcləsəydilər...” kimi "ağıllı” məsləhətlər verən ekspertlərimiz onu Azərbaycana nümunə göstərirdilər. İndi biz soruşuruq: Norveçdə də neft gəlirlərindən düzgün istifadə olunmayıb? Buna görə bu ölkədə böhran yaşanır? Maraqlıdır, bu nümunəvi Avropa ölkəsi indiyədək neftdən asılılığa niyə son qoya bilməyib?..

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda görülmüş işlərin nəticəsdir ki, hazırda qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Bu, kifayət qədər ciddi nəticədir. Bundan başqa, bir çox məhsullara olan təlabatımız yerli istehsal hesabına təmin olunur ki, bunun da nəticəsində ölkəyə həmin məhsulların idxalı xeyli azalıb. Bu gün artıq dövlət səviyyəsində qeyri-neft sektorunda istehsal olunan məhsulların ixracının stimullaşdırılması istiqamətində ciddi addımlar atılır. Konkret olaraq son vəziyyətə adekvat tədbirlərə gəldikdə, deyə bilərik ki, Prezidentin rəhbərliyi altında artıq keçən ildən və xüsusilə də keçən ilin ikinci yarısından başlayaraq dünyadakı proseslərin ölkəməzə az təsir göstərməsinə hesablanmış müvafiq proqramların icrasına başlanılıb. Yada salırıq:

 

-        Struktur islahatları çərçivəsində ötən il ərzində bir neçə dövlət qurumu ləğv edildi;

-       Ölkədə azad sahibkarlığın inkişafına mane olan yoxlamalar dayandırıldı;

-       Lisenziyaların verilməsi qaydaları sadələşdirildi;

-       Gömrükdə şəffaflığın artırılması, inhisarçılığın aradan qaldırılmasını təmin edən qərarlar qəbul olundu;

-       Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da sərt şəkil aldı və bəzi səlahiyyət sahibləri öz qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olundu.

-       Süni qiymət artıranlara qarşı sərt mübarizə mexanizmlərindən istifadə olunaraq daxili bazar nəzarətdə saxlanıldı...

 

Bu addımlar və bu qəbildən olan başqa tədbirlər ölkə iqtisadiyyatını mənfi xarici təsirlərdən mümkün qədər qorumaq mədsədi daşıyırdı və gözlənilən odur ki, yaxın dövr ərzində ölkədə daha bir neçə mühüm yeniliyə şahidlik edəcəyik. Prezident Nazirlər Kabinetinin  2015-ci ilin yekunlarına həsr olunmuş iclasında cari ildə ölkədə cox ciddi struktur və kadr islahatlarının aparılacağının anonsunu verdi.  Sözügedən müşavirənin ardınca ölkədəki mövcud vəziyyətə müvafiq bir neçə vacib addım atıldı. Bu sırada buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunmasını, valyuta bazarında özbaşnalığın və süni qiymət artımının qarşısını almaq məqsədilə banklardan kənardakı  valyutadəyişmə məntəqələrinin lisenziyasının ləğv edilməsini, əmək pensiyalarının baza hissəsinin artırlamasını, struktur islahatları çərşivəsində isə daha bir dövlət qurumunun – Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv olunmasını göstərmək olar ki, ötən ildən başlamış prosesin davamlı xarakterdə olduğu bir daha hər kəsə aydın olsun. Məlumatlar var ki, manatın məzənnəsinin zəifləməsi və bu səbəbdən bəzi məhsulların qiymətlərinin qalxması nəticəsində əhalinin aztəminatlı təbəqəsinin üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində hökumət bir sıra tədbirlərin görülməsinə hazırlaşır. Bu sırada banklardan dollarla kreditlər götürmüş insanların üzləşdiyi problemlərin həlli kimi məsələlər də nəzərdən keçirilir. Heç kəsin şübhəsi olmasın ki, hökumətin iqtisadi blokuna daxil olan qurumlar gecə-gündüz gücləndirlmiş iş rejimində işləyir, yaranmış vəziyyətə adekvat tədbirlərin işlənib hazırlanmasına çalışırlar. Yaxın günlərdə Büdcəyə yenidən baxılması ilə bir çox suallara aydınlıq gətiriləcək. 

İnsanlarımızın narahatlığı tamamilə başadüşüləndir. Hər birimiz bu ölkənin vətəndaşıyıq və baş verənlər təbii ki, hamımızın həyatına bu və ya digər dərəcədə təsir göstərir. Hökumətə ünvanlanmış sosial yönümlü tələblərdə də təəccüblü heç nə yoxdur. Lakin əhali kütlələrinin narazılığı təbii qarşılansa da belə, heç bir halda imkan vermək olmaz ki, insanların düşdüyü vəziyyətdən sui-istifadə olunsun. Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə hər birimizin üzərinə böyük bir məsuliyyət düşür. Unutmamalıyıq ki, Azərbaycanda vəziyyətin qarışmasında, sabitliyin pozulmasında, xalqla dövlət arasındakı körpülərin dağılmasında maraqlı olan xarici qüvvələr var və bu sırada radikal dini qruplaşmaların mövcudluğu da heç kəsdə şübhə doğurmamalıdır. Puskuda dayanıb ölkəmizə girmək üçün boşluqlar axtarırlar. Girsələr, inanın ki, bu məmləkətdə daşı-daş üstündə saxlamayacaqlar. Hədəfdə dövlətimiz, bayrağımız olacaq. Biz kiməsə belə bir imkan yarada, belə bir şans tanıya bilmərik. Odur ki, hər birimizin üzərinə tarixi bir missiya düşür – Bu ağır mərhələni də adlamaq. Dövlət üzərinə düşəni edəcək  - Şübhəmiz olmamalıdır!  Prezident həmişəki kimi vətəndaşın, xalqın yanında dayanacaq – Əminik!  Bax, bu əminlik, bu inam sarsılmamalı, güvənc yerimiz dəyişməməlidir!

 

Onu da unutmamalıyıq ki, böhranı dərinləşdirən amillər sırasında psixoloji faktor da var. Panika bütüvlükdə iqtisadiyyata ciddi ziyan vurur və biz çalışmalıyıq ki, ən gərgin anlarda belə soyuqqanlığımızı əldən verməyək.

 

Və nəhayət..

 

Azərbaycanın bu günlər üçün topladığı ehtiyat 40 milyard dollar həcmindədir. Neft gəlirlərindən düzgün istifadə olunmasaydı indi ehtiyatımızda 1 qəpiyimiz də olmazdı..

 

Fikrət Yusifov 

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdımalar Birliyinin sədri,

İqtisad elmləri doktoru, professor

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ