Cümə axşamı günü, 05 noyabr 2026
     

Gələcəyimiz keçmişimizdən (də) yaxşı olacaq

Image


Azərbaycanın daxil olduğu bölgədə, ümumən dünyada gedən proseslər, biz istəsək də, istəməsək də, əvvəl-axır respublikamızdan da yan keçməyəcəkdi. - "Əvvəl-axır" deyirik, çünki başqa yaxın-uzaq ölkələr respublikamızın bu gün üzləşdiyi bir sıra iqtisadi problemləri bizdən öncə (-yaxın tarixdə) yaşamış, üstəlik, bir də, bizimlə birgə yaşamaqdadır...
Demək, Azərbaycan dövlətinin, şəxsən dövlət başçımızın səyləri, düşünülmüş tarazlı siyasəti nəticəsində, ölkə əhalisinin sosial müdafiəsi mümkün olduğunca qorunub və bundan sonra da qorunacaqdır. İkincisi, biz ərazi bütövlüyümüz pozulmasına, elan olunmamış müharibəyə cəlb edilməyimizə baxmayaraq, bölgə və ümumdünya proseslərinin qaçınılmazlığı fonunda, yenə də, sabit "Azərbaycan modeli"ni qoruyuruq. Üçüncüsü, biz nəinki Azərbaycanı "sabitlik adası" olaraq beynəlxalq aləmdə etiraf etdirmişdik, habelə iri layihələr, bəzən ölkədə, bölgədə az rastlanan yaxud rastlanmayan layihələrə imza atmış, danılmaz inkişaf faktlarına, iqtisadi inkişaf dinamikasına yiyələnmişdik.
Əslində, mən keçmiş zamanda danışmaq istəmirəm və sözü tam da bu nöqtəyə gətirmək fikrindəyəm: baxın, Avropa İttifaqı və NATO üzvü Yunanıstanın, dünya(nın xammal və sənaye) nəhəngi, böyük ərazili və nüvəli Rusiyanın, güclü daxili istehsala, böyük işçi qüvvəsinə malik nüvəli Çinin, neçə başqa güclü dövlətin ötən illərdə keçirdiyi iqtisadi sarsıntıları "təhlil tərəzisi"nin bir gözünə, respublikamızda yaşanan iqtisadi böhran təzahürlərini tərəzinin digər gözünə "qoyaraq", durum dəyərləndirməsi aparsaq, bu gün (gələcəkdə də) Azərbaycanın ümumdünya iqtisadi təbəddülatlarından daha az itki və daha yaxşı çıxdığını görəcəyik. Başqa sözlə, Azərbaycan manatının devalvasiyası (ondan irəli gələn məsələlər) bizim hökumətin könül xoşluğu ilə atdığı bir addım deyil, ümumdünya proseslərindən irəli gələn məcburi addımdır.
Bəllidir ki, Qərb dövlətlərinin Rusiya ilə hegemonluq savaşı neftin qiymətinin, demək olar, kritik həddə enməsinə səbəb olub və bu düşmə prosesi davam etməkdədir. Əsasən neft gəlirləri hesabına formalaşan dövlət büdcəmiz dünya güclərinin soyuq-isti qarşıdurmalarının, böyük qlobal oyunların təzahürlərini öz üzərində hiss etməkdədir.
Onu da qeyd etmədən keçməyək ki, dünyanın hansı bölgəsində böyük bir olay baş verirsə, bu hansısa formada başqa bölgələrdə də təzahür edəcək, başqa ölkələrdə də diqqəti cəlb edəcəkdir: birində az, birində çox, bir gün tez, bir gün gec... və elə bir ölkə yoxdur ki, qloballaşmanın mənfi (eləcə də, müsbət) təsirlərindən özünü tam qoruya, yaxud təcrid edə bilsin... Dünya ilə sıx təmasda olan, beynəlxalq aləmə öz enerjisini (sözün bütün anlamlarında enerjisini!..) verən Azərbaycan da, qlobal üzüntülərdən tam qıraqda qala bilmir. Doğrudur, indi baş verənləri tam anlamı ilə böhran sözü ilə ifadə etmək düzgün deyil, ancaq artıq KİV-lərdə izlədiyim qədəri ilə aydın baxışlı insanlarımız indiki məqamda dövlətin, eləcə də özəl sektorun əsas işinin, şahidi olduğumuz mövcud təbəddülatlı prosesin sırf böhrana keçməsinin qarşısını almaq kimi təsnif edirlər... (və doğru da edirlər).
***
...Artıq vurğuladığımız kimi, uzun illərdir elan olunmamış müharibə şəraitində yaşayan, yüz minlərlə qaçqın-köçkün vətəndaşı olan dövlətimiz növbəti sınaq qarşısındadır. Başqa bir qonşunun "forpost"u olan işğalçı Ermənistanın atəşkəs rejimini hər gün pozduğu, Vətən müdafiəsi ilə bağlı operativ tədbirlərin, təxribat və diversiyaların qarşısının alınmasının, dövlətin təxirəsalınmaz vəzifəsi statusunu saxladığı bir zamanda, xalqımız sosial-iqtisadi problemlərdən mətanətlə çıxmaq üçün dövlət başçımıza möhkəm inanmalı, ona dəstək olmalıdır. Xalqın sosial rifahını dünyəvi iqtisadi sarsıntılar dövründə də mümkün olduğunca daha yaxşı qorumaq əzmi göstərən Prezidentimizin bu əzmini dəyərləndirmək, onu dəstəkləmək alternativlərin ən yaxşısıdır. "Qərar"ın klassik tərifi "alternativlərdən ən yaxşısının seçilməsi" olduğu üçün bu gün vətəndaş cəmiyyəti quruculuğunda iştirak edən hər birimiz qərarlı olmalı, sözümüz, qələmimiz yetdiyincə həqiqətləri izah etməliyik.
Cənab Prezidentin son günlər imzaladığı fərman və sərəncamlar, onun tapşırığı ilə həyata keçirilən işlər, Nazirlər Kabinetinin son iclasında səsləndirdiyi fikirlər bir daha göstərir ki, dövlət başçımız xalqına, sadə insanlara, sosial yöndən müdafiəyə ehtiyacı olan ailələrə nə qədər həssas yanaşır:
"...Pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır. Biz bu il bütün sosial proqramları tam icra edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın. O cümlədən məcburi köçkünlərin yaşayış problemlərinin həlli istiqamətində böyük vəsait nəzərdə tutulur. Ötən il 15 min köçkün yeni evlərə köçüb. 2014-cü ildə 20 min köçkün yeni evlərə köçüb və bu siyasət davam etdiriləcək. Dövlət Neft Fondunda bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulub".
Hesab edirəm, dövlət başçımızın xalqcanlı mövqeyini, alovlu vətənpərvərliyini onun son sərəncamlarının mətni və ruhu ilə tanış olmaqla, onun dediklərinə şərh vermədən yalnız sitat gətirməklə də çox aydın şəkildə görmək mümkündür.
Heç kəsə sirr deyil ki, işinə məsuliyyətsiz yanaşan məmurlar, "sabotaj" deyə biləcəyimiz əyinti, gizlətmə, süni bahalaşma və s. bu qəbildən yaramazlıqlar edənlər dövlətin qəzəbinə tuş gəlməkdən, cəzadan qurtula bilməyəcək! Xalqımızı çörəklə imtahana çəkmək istəyən möhtəkirlərdən tutmuş, digər sahələrdə iqtisadi əxlaqsızlıq törədənlər, fürsətkarlıq edənlər onsuz da, cəzasız qalmır və bundan sonra da cəzasız qalmayacaq! El sözü ilə desək, göydə Tanrı, yerdə dövlət onların cəzasını verir və verəcəkdir!
Vətəndaşlarımız, onları narazı salan, işinin öhdəsindən gələ bilməyən hansısa məmurun, yaxud etimaddan sui-istifadə edən iş adamının deyil, şəxsən dövlət başçısının, ali hakimiyyətin mövqeyini əsas götürməli, öz dövlətinə güvənməli, ajiotaj, panika dəllallarının, siyasi boşboğazların məsuliyyətsiz, hesab-kitabsız çağırışlarına uymamalıdır. İndiki dönəmdə, səbrli, təmkinli hərəkət etmək, düşmən dəyirmanına su tökməyə çalışanların çirkin niyyətlərinə alət olmamaq hər bir vətəndaşın milli, dövləti, insani borcudur..!
Mən bu yerdə ümummilli liderimizin "Xalq dövlət üçün deyil, dövlət xalq üçündür!" kəlamını xatırladıb, İlham Əliyev cənablarının mövcud situasiyada (ümumən dövlət idarəçiliyində) məhz bu kəlamın gur işığı ilə hərəkət etdiyini qeyd etmək istərdim. Belə bir qiymətli yanaşma, özünə qiymətli də münasibət tələb edir və mən bir daha vurğulamaq istərdim ki, bu qiyməti hər bir vətəndaşımız, xüsusən ictimai xadimlərimiz, QHT, KİV rəhbərləri, nüfuzlu ziyalılarımız verməlidir. Hər bir vətəndaş cəmiyyəti qurucusu, hər bir vətəndaş prezidentin yanında olmaqla iqtisadi və struktur islahatlarının davamlılığında, antiböhran tədbirlərinin həyata keçirilməsində prinsipiallıqla iştirak etməli, sıravi iştirakçılıqda qalmayıb, dəstək göstərməli, vətən naminə əllərindən gələni əsirgəməməlidir.
***
Sonda, antiböhran tədbirləri barədə düşünənlərin diqqətini dövlət başçımızın Nazirlər Kabinetinin yanvarın 10-da gerçəkləşən iclasındakı yekun nitqinin "xülasəsi"nə cəlb etmək istərdim - diqqət etsək, o "antiböhran resept"inin əsas istiqamətlərinin artıq göstərildiyini fərq edərik.
- 2016-cı ildə iqtisadi inkişaf templəri təmin edilməlidir. 2015-ci ildə müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə bölgə və dünyadakı iqtisadi böhran başa çatacaq. Odur ki, biz hamımız daha da səmərəli işləməliyik. Bu isə iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməklə mümkündür;
- Xüsusən qeyri-neft sektorunun inkişafı böyük önəm daşıyır;
- Xarici sərmayələr Azərbaycana daha böyük həcmdə cəlb edilməli, öz iş adamlarımız təşviq edilməlidir;
- Vergi bazası genişləndirilməli, bunun üçün qeyri-formal iqtisadi fəaliyyət ciddi şəkildə leqal müstəviyə gətirilməlidir;
- Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalıdır. İnhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır;
- Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə ciddi nəzarət olmalı, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir;
- İctimai nəzarət mexanizmləri işə salınmalıdır;
- Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməlidir;
- Ölkənin ixrac qabiliyyəti artırılmaıdır. Gələcəkdə neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır. Əsas məsələ ənənəvi bazarlara daha böyük həcmlə çıxmaq və yeni bazarlara öz məhsullarımızı təqdim etməkdir;
- Dövlət İnvestisiya Proqramında infrastruktur layihələri öz əksini tapmalıdır. Sənaye istehsalı istiqamətində ciddi iş aparılmalı, texnoparklar, sənaye klasterləri, bütün regionlarda sənaye zonaları yaradılmalıdır;
- Bu il daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir;
- İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində daha da ciddi addımlar atılmalı, bu sektorda da tam şəffaflıq təmin edilməlidir;
- Turizm sektoru canlandırılmalı, onun inkişafı üçün yerli və xarici sərmayə cəlb edilməlidir;
- Bu il nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı çox ciddi addımlar atılmalıdır. Şərq-Qərb və Şimal-Cənub - bütün yollar Azərbaycandan keçəcək. Bu, bizim siyasi, iqtisadi maraqlarımızı təmin edəcək;
- Bu il "ASAN xidmət" mərkəzlərinin sayı 11-ə çatacaq. Gələcəkdə "ASAN xidmət"də göstərilən xidmətlərin sayı daha da artmalıdır. Bizdə harada hələ ki şəffaflıq təmin edilmir, bax o sahələr də "ASAN xidmət"də öz həllini tapacaq. Ona görə, hökumət bu məsələ ilə bağlı əlavə təkliflər verməlidir ki, hansı xidmətlər "ASAN xidmət"ə əlavə edilə bilər...
Əziz oxucu, bildiyiniz kimi bu il Azərbaycanda multikulturalizm ilidir. Bu günlərdə Bakıdakı "Heydər Məscidi"ndə şiə və sünni dindarlar birgə - "vəhdət namazı" qıldı... Son illər Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafı, zənginləşməsi işində özünəməxsus rol oynayır. Bax, bütün bu faktlar bizi ilk növbədə, öz aramızda da dözümlü olmağa, anlayış göstyərməyə çağırmırmı? Bəs dövlət tərbiyəsi, vətəndaş nəzakəti, vətəndaşlıq şüuru haçan işləyəcək, öz gücünü göstərəcəkdir?..
İnanırıq ki, ümumilikdə hər birimiz dövlət-xalq birliyi ilə problemləri danmağı deyil, etiraf etməyi də, onu aradan qaldırmağı da bacaracağıq! Prezidentimizin Nazirlər Kabinetinin 10 yanvar tarixli iclasında söylədiyi (ümid və inam dolu sözlərlə) desək: "2016-cı ildə biz fəal işləməliyik. Bütün vəzifələr icra edilməlidir. Müvafiq qərarlar qəbul ediləcək ki, 2016-cı ili də biz uğurla başa vuraq".
Əkbər QOŞALI,
Dünya Gənc Türk
Yazarlar Birliyi Məsləhət Şurasının sədri





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ