Pakistan rəhbərliyi üç illik qadağanın ardından ölkə vətəndaşlarına YouTube sosial şəbəkəsindən istifadə icazəsi verib. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə "Ассошиэйтед Пресс” agentliyi xəbər yayıb.
Xəbərə görə, pakistanlılar bu şəbəkədən xüsusi filtr vasitəsilə istifadə edəcək ki, bu filtr sayəsində arzuolunmaz kontent dərhal silinəcək.
Xatırladaq ki, Pakistan məhkəməsi YouTube sosial şəbəkəsinə 2012-ci ilin sentyabrında "Müsəlman məsumliğu” filminin ortaya çıxması ilə qadağa qoyub. Belə ki, filmdə müsəlman ölkələrində Amerika səfirliklərinə hücumlardan bəhs olunur. Qeyd edək ki, belə hücumlardan birində 11 sentyabrda Benqazidə ABŞ səfiri Kristofer Stivens və daha üç nəfər həyatını itirmişdi. Agentliyin xəbərinə görə, artıq bu gün ölkə ərazisində YouTube-a giriş əlçatan olub.