Yanvarın 11-dən 17-nə kimi olan müddət ərzində Yekaterinburqda ikisi azyaşlı olmaqla 4 nəfər "donuz qripi”nə yoluxub. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə şəhər administrasiyası məlumat yayıb.
Xəbərdə o da bildirilir ki, göstərilən müddət ərzində Yekaterinburqda 10 min 110 nəfər qripə yoluxma faktı qeydə alınıb ki, bu da ötən illə müqayisədə müvafiq statistikada üç dəfə artım deməkdir. Üstəlik onlardan 4 nəfərində el arasında "donuz qripi” adlandırılan H1N1 virusu aşkar edilib və onlar stasionar müalicəyə alınıb.
Xəbərdə o da bildirilir ki, daha öncə sözügedən diaqnozla xəstəxanaya qəbul edilən vətəndaş orada dünyasını dəyişib.