Bu gün Rusiya ilə Qətər arasında diplomatik pasport daşıyıcılarından ötrü viza rejimi ləğv olunub. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə RF XİN məlumat yayıb.
"Qətər əmiri Tamim bin Hamad Əl Taninin Moskvaya rəsmi səfəri çərçivəsində Qətər hökuməti ilə RF hökuməti arasında diplomatik pasport daşıyıcılarından ötrü vizasiı rejimin tətbiqi və mədəni əlaqələrin inkişaf etdirilməsi ilə bağlı imzalanma mərasimi keçirilib. Rusiya tərəfindən sənədləri xarici işlər naziri Sergey Lavrov və mədəniyyət naziri Vladimir Medinski, Qətər hökuməti adından isə bu ölkənin xarici işlər naziri Xalid Əl-Ətiyyə imzalayıb” – Rusiya XİN-in açıqlamasında deyilir.