Cümə axşamı günü, 05 noyabr 2026
     

Mətbuat Şurası internet medianın maliyyələşmə qaydalarının layihəsini hazırlayıb

Image


Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun APA-ya müsahibəsi

- Ölkədəki son vəziyyətin fonunda medianın durumunu necə xarakterizə edərdiniz?

- Media cəmiyyətin formalaşmasında, müəyyən dəyərlər əldə etməsində mühüm missiya yerinə yetirir. Ancaq media eyni zamanda cəmiyyətin tərkib hissəsidir. Cəmiyyətidə baş verən hadisə və proseslər onun da ahənginə təsir göstərir. Bu baxımdan ötən ilin 21 dekabrında baş vermiş devalvasiyasından sonrakı vəziyyət aktuallığını saxlamaqdadır. Manatın dəyərini itirməsinin, dolların kəskin bahalaşmasının doğurduğu şərait kütləvi informasiya vasitələrimizi də problemlərlə qarşılaşdırıb. Qəzetlər üçün istər nəşriyyat xərcləri, istərsə də digər xərclər artıb. Qəzet kağızı xeyli bahalaşıb, eləcə də başqa çap avadanlıqlarının qiymətlərində də artım müşahidə edilməkdədir. Üstəlik redaksiya avadanlıqları və ləvazimatlarının da bir çoxu artıq yeni qiymətlərlə satılır. Ən pisi isə budur ki, sadaladıqlarımın fonunda jurnalistlərin əvvəl aldıqları əmək haqqı az qala yarabayarı dəyərini itirib. Bütün bunlar bizi, jurnalist deputat kimi məni daha çox düşündürür.

- Parlament səviyyəsində bu duruma hansısa müdaxilə mümkündürmü? Siz vəziyyətdən çıxış üçün nələri təklif edirsiniz?

- Media cəmiyyət üçün mühüm ictimai institutdur. Azərbaycanın dövlət müstəqilliyini əldə etməsində, eləcə də müstəqillik illərində bəzi yad təsirlərin uzaqlaşdırılmasında və digər bu sayaq proseslərdə jurnalistika özünü kifayət qədər mütəhərrik qüvvə kimi göstərib. Təbii, Azərbaycan dövlətinin siyasəti də hər zaman medianın cəmiyyətdəki rolunu vurğulayıb.

Ümumən hüquqi dövlətdə qanunların aliliyinə nəzarət funksiyası zəruridir və bu zərurətin praktik dəyərləndirilməsi məhz media müstəvisində baş verir. Bütün bunlara görə də KİV-lərin fəaliyyətində hər hansı durğunluqların baş verməsi arzu edilən deyil və mövcud reallıq həm ictimai səviyyədə, həm də dövlət səviyyəsində kifayət qədər dərk edilir.

Əlbəttə, bu durumda bir çox məsələlərin parlamentdə müzakirəyə çıxarılmasına ehtiyac duyuram. Söhbət media ilə bağlı düşübsə, mən konkret olaraq bir neçə cəhətə diqqət yetirmək istərdim. Məlumdur ki, hazırda aparıcı KİV-lər əsasən dövlət yardımından bəhrələnirlər. Bu yardım «Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası» əsasında həyata keçirilir. Konsepsiya kifayət qədər fundamental sənəddir. Düşünürəm ki, orada nəzərdə tutulan digər yardım formalarından da bəhrələnmək lazımdır. Bunun üçünsə dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna əlavə vəsaitin ayrılmasına ehtiyac var. Məsələnin parlament səviyyəsində qaldırılmasındakı motiv də budur.

Dövlət dəstəyi prinsip etibarilə KİV-ləri bazar rəqabətinə hazırlamaq məqsədi daşıyır. Yəni o müəyyən dövr üçün nəzərdə tutulan fəaliyyət formasıdır. Əgər görünsə ki, KİV-lər özlərini iqtisadi cəhətdən maliyyələşdirməyi bacarırlar, o zaman dövlət dəstəyi də dayandırılacaq. Ancaq hələlik bu dəstəyə ehtiyac var. Həm bu ehtiyacı aradan qaldırmaq, həm də ümumən mövcud sahədə konkret faydalı mexanizm yaratmaq üçün reklam məsələsinə də önəm verilməlidir.

Cənab Prezident yanvarın 10-da keçirdiyi müşavirədə ölkənin gələcək inkişafı baxımından çoxsaylı istiqamətlər göstərdi. Bunlardan biri də rəqabət mühitinin yaradılmasıdır. Ayrı-ayrı sahibkarlar arasında rəqabət mühiti də yaranarsa, mediaya ehtiyac daha çox duyular. KİV-lərdə reklamların sayı artar. Nəticə medianın gəlirlərinə də müsbət təsir göstərər.

Azərbaycanda reklam haqqında qanun var. Ancaq qanunun işləmə mexanizminə diqqət yetirmək lazımdır. Eyni zamanda xarici təcrübə qismində Türkiyə təcrübəsini nəzərdən keçirməliyik. Söhbət rəsmi qurumların reklam və elanlarının KİV-də yerləşdirilməsi təcrübəsindən gedir. Mətbuat Şurası bu istiqamətdə təkliflər paketi hazırlayaraq səlahiyyətli qurumlara təqdim edib. Məsələ parlament səviyyəsində müzakirə olunmalıdır. İndiki şəraitdə KİV-lərin rentabelliyini artırmaq üçün digər vasitələrə də baxılması mümkündür. Məsələn, qəzetlərin pərakəndə satışı ilə bağlı məsələlər gündəmə gəlməlidir. Mövcud sahədə qanuni mexanizmlər müəyyənləşdirilməlidir.

- Təklifləriniz əsasən ənənəvi KİV-ləri əhatə edir. Bəs internet media? Bu sahədə hansısa yeniliklərin tətbiqi mümkündürmü?

- Ümumən internet özü həyatımıza daha çox daxil olmaqdadır. Müvafiq olaraq onlayn media da sürətlə inkişaf etməkdədir. Hazırda ənənəvi mediadan onlayn mediaya keçid prosesi gedir. İctimai rəyin formalaşmasında internet üzərindən yayımlanan xəbər saytlarının mövqeyi artmaqdadır. Mövcud durumda əlbəttə, ictimai missiya yerinə yetirməsi nəzərə alınaraq internet informasiya resurslarının da dövlət tərəfindən maliyyələşməsi məsələsi aktuallaşır. Yeri gəlmişkən, Prezident İlham Əliyev milli mətbuatımızın 140 illik yubileyi münasibəti ilə MŞ İdarə Heyətinin üzvlərini qəbul edəndə də bu məsələ gündəmə gəlmişdi. Həmin vaxt dövlət başçısı müsbət mövqeyini bildirmişdi. Mətbuat Şurası da internet medianın maliyyələşmə qaydalarının layihəsini hazırlayıb. Ancaq ilk növbədə internet medianın statusu müəyyənləşməlidir.

- Necə? Bununla bağlı da təklifləriniz varmı?

- Əlbəttə, söhbət hüquqi statusun müəyyənləşməsindən gedir. Bunun üçünsə qanunvericilikdə dəyişikliklər və əlavələr olmalıdır. Bir neçə cəhətə diqqət çəkmək istərdim. Əvvəla, Azərbaycanın bütün qanunvericilik sənədlərində KİV qismində internet üzərindən yayımlanan informasiya daşıyıcıları da nəzərə alınmalıdır. Onların cəmiyyəti məlumatlandırma, ictimai rəyə təsir imkanlarına həssas yanaşılmalıdır. Yəni KİV dedikdə ənənəvi media vasitələri ilə yanaşı internet media resurslarının - xəbər saytlarının, internet TV-lərin, internet radioların və bloqların fəaliyyəti əsas götürülməlidir. Ayrıca qanunvericilikdə, konkret olaraq "Kütləvi informasiya vasitələri haqqında” Qanunda xəbər saytlarının, internet TV və radioların, bloqların statusuna aydınlıq gətirilməsi önəmlidir. Deyək ki, onların kütləvi informasiyalılıq dərəcəsi hesablanmalı, bunun üçün İP göstəriciləri, rekvizitlər və digər xüsusiyyətlər dəqiqləşməlidir. İctimai rəyə təsir yükünə malik informasiyanın yayılma effektivliyi və intensivliyi məsələsi də önəmlidir.

Bu baxımdan internet üzərindən yayımlanan sosial şəbəkələrin də roluna xüsusi diqqət yetirilməlidir. Təcrübə göstərir ki, cəmiyyətə, ayrı-ayrı cəmiyyət üzvlərinin durumuna mənfi və ya müsbət təsir göstərən bir çox informasiyalar ictimai rəyə məhz sosial şəbəkələrin profillərinin vasitəsilə ötürülür. Elə profil var ki, 3-5 min izləyiciyə malikdir. Deməli, həmin profildə kütləvilik var. Yaydığı müsbət və ya mənfi fikir, yaxud link paylaşımı müəyyən insan kütləsinə yetişir. Hətta ola bilir ki, konkret şəxsi hədəfə alır. Əlbəttə, bu zaman məsuliyyət məsələsi ön plana çıxmalıdır. Nəzərə alaq ki, demokratik ortam heç də məsuliyyətsizlik mühiti deyil. Dünyanın bir çox qabaqcıl ölkələrində baxış məhz belədir. Buna görə Azərbaycanda da məsələnin hüquqi münasibətlər sistemində yer alması vacibdir. Ancaq mövcud istiqamətdə istər mexanizmin hazırlanmasına, istərsə də tətbiqinə son dərəcə həssas yanaşılmalıdır.

Başqa bir məsələyə də diqqətinizi çəkmək istərdim. Yaxın keçmişimizə nəzər salsaq, görərik ki, bəzi xarici qüvvələrin sistemli şəkildə həyata keçirdikləri informasiya müdaxiləsi Azərbaycan ərazisində əhalinin bəzi sosial və milli-etnik təbəqələrində ciddi anti-milli və anti-dövlət meyli formalaşdırmışdı. Buna görə Milli Təhlükəsizlik Konsepsiyası və Milli Təhlükəsizlik haqqında Qanun qəbul edilmişdi. Lakin hesab edirəm ki, indiki durumda ayrıca informasiya təhlükəsizliyi konsepsiyası qəbul edilməlidir. Çünki informasiya təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsi olsa da, onların təmin olunması metodları bir-birindən fərqlənir. Buna görə də məsələyə baxış konseptual olmalıdır. Düşünürəm ki, bütün bunların parlament səviyyəsində qaldırılmasının vaxtı çatıb.

- Bir daha ilk sualımıza qayıtmaq istərdik. Son prosesləri nəzərə alaraq gələcəyi necə görürsünüz?

- Çox iş görməliyik. Prezident İlham Əliyev olduqca önəmli mesajlar verib. Artıq bir çox sahələrdə islahatlar start götürüb. Pensiya və müavinətlərin artırılması, dövlət qurumlarında yeniliklər və digər tədbirlər davam etdirilir. Prezidentin çıxışlarında səsləndirdiyi bütün fikirlərin əməli fəaliyyət müstəvisində fiksasiya olunması cəmiyyətdə nikbinlik yaradır. Bu, son dərəcə vacibdir.

Atalarımız yaxşı deyib ki, hər ziyanda bir xeyir var. Bir çox dövlətlərdə böhranlar dövründə alınan qərarlar sonrakı inkişaf üçün bir növ katalizator rolunu oynayır. Bu zaman həm cəmiyyətdə immunitet, həm də məsuliyyət hissi artır. Düşünürəm ki, hazırkı vəziyyət bizləri bir-birimizə daha yaxın eləməlidir.

Vəzifəsindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəs son zamanlar yaşanan proseslərdən nəticə çıxarmalıdır. Bu böhran bir növ siqnaldır. Kimlərsə nəyinsə hesabına varlana bilərlər. Ancaq böhran sübut edir ki, bu var-dövlətin gerçək iqtisadi əsası olmayınca hər şeyin bir andaca parçalanma, məhv olma təhlükəsi var. Belə də mütərəqqi ictimaiyyət üçün bir prinsip üzə çıxır. O prinsip isə vətəndaşın və dövlətin mənafeyinin müdafiəsidir. Elə isə bu mənafenin aliliyini hər zaman düşünmək lazımdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ