İstanbulda sabaha proqnozu verilən qar bu gün yağmağa başlayıb. Baki-xeber.com-un Habertürk-ə istinadən xəbərinə görə, İstanbul Böyükşəhər Bələdiyyəsi qarlı hava şəraiti ilə əlaqədar olaraq vətəndaşlara, ciddi bir səbəb olmadıqda şəxsi avtomobillərlə yola çıxmamağı tövsiyə edib.
Eyni zamanda güclü qar Türk Hava Yollarının qrafikinə də təsirsiz ötüşməyib. Xəbərə görə, THY bu səbəb üzündən 246 reysini təxirə salıb.
Meteoroloqlar İstanbul, Ankara, Kocaeli, Çanaqqala, Bolu daxil, ölkənin şimalında güclü qar xəbərdarlığı edib. Artıq bildirildiyinə görə, bəzi yerlərdə yağan qarın hündürlüyü 20 sm-ə çatır.