İtaliyanın Kabildəki Səfirliyinin ərazisində raket partlayıb. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə İtaliyanın "Ansa” agentliyi xəbər yayıb.
Xəbərdə iki nəfərin xəsarət aldığı, oların hər ikisinin Əfqanıstan vətəndaşı olduğu bildirilir. Yaralılar dərhal xəstəxanaya çatdırılıb, onların həyati təhlükəsi olmadığı xəbər verilir.