"İrqlər, dinlər, məzhəblərarası dialoq və sülhün daha da dəyər qazandığı müasir dövrdə vəhdət namazı Azərbaycanda tolerant mühitin mövcudluğunu sübut edir” – deyən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Rüstəm Ramazanovun fikrincə, belə bir addımın atılması Azərbaycanda təkcə dinlərarası deyil, həm də məzhəblərarası münasibətlərdə həmişə qardaşlıq, tolerantlıq və birlik prinsiplərinin hakim olmasından xəbər verir. Bunun eyni zamanda islamafobiya və irqi ayrıseçkiliyin olduğu vaxtda dünyaya bir mesaj olduğunu deyən şöbə müdiri onu da bildirib ki, bu həmçinin İslam dininin sülh dini olmasından, müsəlmanların da qardaş olmasından xəbər verir. Komitə rəsmisi onu da bildirib ki, humanist prinsiplərin önə çıxarılması birlik-bərabərlik prinsipinin Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən olduğunun əyanı göstəricisidir.
Şöbə müdiri bildirir ki, digər məscidlərə də bu prinsipin həyata keçirilməsi məsləhət görülür.