Bakı şəhəri, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 85 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Bu barədə baki-xeber.com Fövqəladə Hallar Nazirliyindən xəbər əldə edib.
Xəbərə görə, yanğın zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Digər mənzillərdən 20 nəfər sakin isə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.