Suriyanın Deyr-əz-Zor şəhərində yerli sakinlərə qarşı törətdiyi kütləvi qırğının ardından İŞİD silahlıları 400 nəfəri girov götürüb. Baki-xeber.com-un utro.ru-ya istinadən xəbərinə görə, bu barədə Al Arabiya telekanalı xəbər yayıb.
Yerli SƏNA agentliyinin xəbərinə görə, yanvarın 16-da qruplaşma Deyr-əz-Zorun Əl-Bqeliya əyalətində uşaqlar, qadınlar və qoccalar da daxil olmaqla dinc sakinlərin kütləvi qətliamını həyata keçirib. Xəbərdə bildirildiyinə görə, 280 sakin İŞİD üzvlərinin hələlik açıqlanmayan tələblərini yerinə yetirməkdən imtina etdiyinə görə qətlə yetirilib. "Bundan sonra 400 mülki vətəndaş girov götürüldü. Onların hamısı sünnidir və özünümüdafiə briqadaları və hüquq-mühafizə orqanları əməkdaşlarının ailə üzvləridir” –deyən Londondakı Suriyanın insan hüquqları üzrə müşahidə şurasının üzvü Rami Abdel Rahman əlavə edib ki, girovlar İŞİD-in nəzarətindəki digər rayonlara aparılıb.