Rusiya qırıcılarının Hələbdə bazarı və xəstəxananı bombalaması nəticəsində 7 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Yerli özünümüdafiə qüvvələrinin xəbərinə görə, Rusiya təyyarələri Hələbin müxalifətin nəzarətində olan Sukari rayonunu hava zərbələrinə məruz qoyub. Nəticədə 7 nəfər həlak olub, 20 nəfər yaralanıb. Aviazərbələr nəticəsində rayonun infrastrukturuna da ciddi ziyan dəyib, bir sıra evlər dağılıb, avtomobillər yararsız hala düşüb. Özünümüdafiə dəstələri dağıntilar altından axtarış-xilasetmə işlərinə başlayıb.