ABŞ prezidentliyinə namizədlərdən biri Hillari Klinton ölkəsinin İran siyasətinə etiraz edib. Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, dünən İrana qarşı sanksiyaların qaldırılmasının ardından çıxış edən xanım Klinton bunu yanlış addım adlandırıb və İslam ölkəsinə qarşı yeni sanksiyaların tətbiqinə çağırıb.
"Prezident postinda ilk işim İrana qarşı inamsızlıq və nəzarət olacaq” "Reuters” onun sözlərindən iqtibas gətirir.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə sanksiyaların qaldırılmasını "İran və Yaxın Şərq üçün müsbət hadisə” adlandırıb. Qeyd edib ki, "bəzi insanlar” nüvə fəaliyyətindən ehtiyat edir, o üzdən də sanksiyaların qaldırılmasına qarşı çıxacaqlar.