Avro və iyenin möhkəmlənməsilə "qlobal valyuta müharibəsi qızışa bilər”, belə ki, bu möhkəmlənmə Avropa və Yaponiyada pul-kredit siyasətinin aktivləşməsini stumullaşdıracaq. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, belə bir xəbərdarlıqla "Bloomberg” çıxış edib.
Qeyd olunur ki, iyen sonuncu ay ərzində dollara qarşı artıq üçüncü dəfədir möhkəmlənir və bu fonda avro da digər əsas valyutaların əksəriyyətinə qarşı yüksəlib. Bununla da fondlar hər iki valyutaya stavkaları artırıb. Lakin Çin iqtisadiyyatındakı geriləmə və digər ölkələrin iqtisadiyyatlarındakı qeyri-bərabər bərpa prosesi ABŞ iqtisadiyyatına və beləliklə də onun digər dünya dövlətləri ilə pul-kredit siyasətinə təsirsiz ötüşmür. Bu faktorlar dollara təsir edir, nəticədə isə bu, Avropa və Yaponiyə mərkəzi banklarının planlarını suya düşürür, belə ki, onlara valyutalarının bahalaşması sərf etmir.
"Valyuta müharibəsi tətikdədir, dollar bu valyutalara qarşı ucuzlaşarsa, Avropa və Yaponiya mərkəzi bankları oyuna qayıdacaq” State Street Global Markets –in makroiqtisadi strategiya bölməsinin rəhbəri Li Ferric bildirib.
Xatırladaq ki, daha öncə "Bloomberg” 2016-cı ildə dolların rekord həddə siçrayışını proqnoz etmişdi.