Prezident İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Sərəncam imzalayıb.
Baki-xeber.com Prezidentin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılır ki, Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.
Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.