Türkiyə balıqçıları Didim kəndindən Yunan adalarına üzməyə çalışan 65 miqrantı xilas edib. Baki-xeber.com bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Xəbərə görə, üfürülmə qayıq, 15 nəfəri azyaşlı olmaqla, 65 nəfəri göyərtəsinə yığaraq dənizə açılıb. Çox keçmədən qayıq batmağa başlayıb. Bu zaman onların köməyinə Türk balıqçıları gəlib. Onlar qaçqınları öz qayıqlarına alaraq sahilə çıxarıblar. Qaçqın insanlar Türkiyə Sahil Mühafizə Xidmətinin himayəsinə götürülüb.