Bu gün ABŞ dövlət katibi Con Kerri, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali nümayəndəsi Federika Mogerini İranın nüvə proqramını müzakirə etmək üçün Vyabada bir araya gələcək. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Reuters” məlumat yayıb.
"Bütün tərəflər İranın istisnasız olaraq sülh məqsədi daşımalı olan nüvə fəaliyyətində razılaşmalara riayət olunacağına əminlik ifadə edib”- Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.