Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqlı evin dəhlizinin yanar konstruksiyaları 15 kv.m sahədə yanıbr. Dərhal müdaxilə nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub.
Daha bir yanğın hadisəsi Lənkəran rayonunda vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilində baş verib. Belə ki, avtomobilin mühərrikində elektrik avadanlıqları qismən yanıb. Xoşbəxtlikdən avtomobilin qalan hissəsini yanğından mühafizə etmək mümkün olub.
Bu gecə Gədəbəy rayonu, Yenikənd kəndində də yanğın olayı qeydə alınıb. Vətəndaşa məxsus, ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 10 kv.m sahədə və evin içərisinə yığılmış 20 ton yemin 500 kq-ı yanıb. Evin və yemin qalan hissəsi yanğından mühafizə olunub.
Hər üç hadisədə xəsarət alan olmayıb.
Baki-xeber.com