Ermənistan tərəfinin həqiqətə uyğun olmayan məlumatlar yayması gələcək təxribatlar üçün zəmin yaratmaq məqsədi daşıyır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə yalan məlumatlarına münasibət bildirərkən deyilib.