Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində manatın məzənnəsindəki dəyişiklikdən sui-istifadə edənlərə qarşı tədbirlər davam etdirilir. Trend-in məlumatına görə, bunu bu gün 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə dair kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə bağlı keçirilən mətbuat konfransında baş prokurorun müavini, İdarənin rəisi Kamran Əliyev deyib.