Son aylarda Türkiyəni hər fürsətdə asıb-kəsən və bütün mümkün variantlarda ona qarşı sanksiyalar tətbiq edən Rusiya qəfil geri addım atmaq zorunda qalıb. Məsələ burasındadır ki, 2018-ci ildə bu ölkədə futbol üzrə Dünya Çempionatı keçiriləcək. Çempionata hazırlıq üzrə bir sıra inşaat layihələrini isə Türkiyə şirkətləri yerinə yetirir.
Bu barədə "Kommersant” özünün hakimiyyətdəki mənbələrinə əsasən xəbər yayıb. Nəşrin xəbərinə görə, "yumşalma” siyahısına 30-a yaxın Türkiyə şirkəti düşə bilər. Bu şirkətlər ümumilikdə 60 milyard rubl dəyərində layihə həyata keçirir. Beləliklə bu şirkətlərin Rusiyada qalmasına icazə veriləcək, amma bir şərtlə: onlar yerli partnyorları ilə birgə müəssisələr yaratmalıdır. Şərtə görə, bu halda birgə müəssisələrin 75% üstəgəl bir aksiyası Rusiya şırkətinə aid olmalıdır.
İndi maraqlı olan Türkiyə tərəfinin bu şərtlərə hansı münasibət göstərəcəyidir.
Baki-xeber.com