Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzinin açıqlamasına görə, Rusiya əhalisi maddi cəhətdən sürətlə çətin duruma düşür ki, bunun da ölkədə bu il keçiriləcək Duma seçkilərinə təsirsiz ötüşməyəcəyi artıq narahatlıq doğurmağa başlayıb. Bu barədə baki-xeber.com utro.ru saytına istinadən bildirir.
Sosioloqlar bildirir ki, hətta bundan sonra ölkədə iqtisadi vəziyyət yaxşıya doğru dəyişsə belə, bu gün ölkədə yaşananlar sentyabr seçkilərinə mənfi təsir göstərmək iqtidarındadır. Eyni zamanda mərkəz bildirir ki, hakim "Yedinaya Rossiya” partiyasını bir sıra regionlarda müxalifətin xeyrinə faiz itkisi gözləyir. "Bir sıra regionlarda 2016 seçimlərində hakim partiyanı böhrana qədərki dövrlə müqayisədə səsvermədə eniş gözləyir” – sosioloqlar bildirir. Qeyd olunur ki, böyük ehtimalla, seçkilər hazırkı müxalifətin xeyrinə nəticə ilə bitəcək.