Çin Xalq Respublikası öz ordusunu "İslam dövləti” terrorçu təşkilatına qarşı döyüşməyə göndərə bilər. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "The Washington Times” özünün ABŞ ordusundakı mənbələrinə əsasən yayıb.
Nəşrin xəbərinə görə, ÇXR terrorçu təşkilatın sıralarında çin mənşəli üzvlərin artmasından narahatdır. Lakin bu halda Çinin kimə qoşulacağı sual doğurur. Nəşr ehtimal edir ki, çox güman, bu ölkə beynəlxalq koalisiya ilə deyil Rusiya ilə ittifaq quracaq.