Qətər televiziya kanalı "Əl-Cəzirə” aprelin sonunda özünün ABŞ bürosunun bağlanacağını elan edib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Xəbərə görə, artıq 2 il yarımdır Amerikada yayımlanan büronun rəhbəri Əl-Ansti bütün əməkdaşlarına elektron bildiriş göndərərək telekanalın ABŞ-da kabel və rəqəmsal yayımının 30 aprel tarixindən dayandırılacağını bəyan edib. Əl-Ansti telekompaniyanın bu qərarıbı ağırlaşan iqtisadi və maliyyə durumu ilə izah edib. Lakin onu da bildirib ki, telekanalın redaksiya siyasəti dəyişmir.