Frankfurtda İstanbulda törədilən terror hadisəsilə bağlı mitinq keçirilib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, aksiyanı Fritza Pedaqoji mərkəzinin elmi əməkdaşı Bauer Turkan Kanbıçak və Sosial-demokratlar partiyasından Turqut Yüksəl tərəfindən təşkil olunub.
Şəhərin mərkəzi Paulplats meydanına 50 nəfər toplaşıb və onlar İstanbulda terror aktında ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra meydanda şamlar yandırılıb. Aksiyada Yaponiyada səfərdə olan Frankfurt merinin məktubu oxunub. Mitinqdə bir sıra sahibkar və ictimai xadimlər iştirak edib.