Bu gün Müsavat başqanı Arif Hacılı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Müsavat Divanının üzvü Nemət Kərimli APA-ya açıqlamasında bildirib ki, A. Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi general Seyfulla Əzimovla görüşüb.
Partiyadan APA-ya verilən xəbərə görə, A. Hacılıya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimovla görüşdə bildirilib ki, son günlər Siyəzən, Lənkəran və digər rayonlarda baş verən kütləvi etirazların təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. S. Əzimov Müsavat başqanına bununla bağlı xəbərdarlıq edib.