Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili” elan etməklə Azərbaycanın multikultural ənənələr yaşadıcısı, müəyyənləşdiricisi olduğunu bir daha göstərdi və Azərbaycanın başqa xalqlara, millətlərə də bu istiqamətdə yardım göstərmək imkanlarını vurğuladı. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, bu gün dünyada multikulturalizm sahəsində çox ciddi bohran yaşanır, sivilizasiyalararası, dinlərarası, millətlərarası problemlər getdikcə kəskinləşir, müharibə ocaqları xeyli sayda artıb, milyonlarla insan öz yaşadıqları mühiti tərk etməli olur, mədəniyyətlərindən ayrı düşür, onlara tamamilə yad mədəniyyətlərlə, mühitlə üzləşir ki, bu da onların həyatlarında, eyni zamanda getdikləri ölkələrdə ciddi problemlər yaradır: