Cənubi Koreya qüvvələri sərhəddə KXDR-ə aid Pilotsuz Uçan Aparata xəbərdarlıq atəşi açıb. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Renhap” agentliyi xəbər yayıb.
"PUA sərhədin qərb hissəsində - Dora rayonunda gecə saat 02:10-da peyda oldu. Hərbçilərin xəbərdarlıq atəşindən sonra yönünü dəyişib şimala kurs götürdü” – deyə komandanlığın açıqlamasında bildirilir.