İranın sahil mühafizə xidməti Fars körfəzində ABŞ HDQ-yə məxsus 2 katerii saxlayıb. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, katerlər Küveytdən Bəhreynə kurs götürübmüş, lakin yanlışlıq üzündən İranın ərazi sularına keçiblər. Bundan sonra İran tərəfə 10 ekipaj üzvünü göz altına alıb.
Pentaqondan faktı təsdiqləyiblər və bildiriblər ki, katerlərin ekipajları ilə radioəlaqə itmişdi. Ağ Evin milli təhlükəsizlik müşavirinin köməkçisi Ben Rods jurnalistlərə bildirib ki, administrasiya hazırda bu məsələ üzərində işləyir.
Bu arada dövlət katibi Con Kerri iranlı kolleqası Məhəmməd Cavad Zəriflə telefon əlaqəsi saxlayıb və ən yaxın zamanda amerikan dənizçilərinin buraxılması gözlənir.