Obama administrasiyası İstanbulda partlayışı qınayan mətnlə çıxış edib. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Reuters” xəbər yayıb.
Mətndə bildirilir ki, Abş partlayışı qınayır və Türkiyənin terrorizmə qarşı mübarizəsini dəstəkləyir.
Qeyd edək ki, istanbulun Sultanahmet meydanında İntiharçı-terrorçunun özünü partlatması nəticəsində azı 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Ölənlərin 8 nəfəri Almaniya vətəndaşıdır.