"Krımda öldürülən azərbaycanlı gəncin qatillərinin kimliyi dəqiqləşdirilib. Onların milliyyətcə erməni olmaları təsdiqlənib, bir nəfərin erməni diasporunun fəalı olduğu üzə çıxıb”. Bunu APA-ya açıqlamasında qətlə yetirilən Rahil Mehdiyevin atası Əbdürrəhman Mehdiyev deyib.
Məsələ ilə əlaqədar ötən həftə Yalta prokurorluğunda olduğunu deyən Ə. Mehdiyev qeyd edib ki, ona qatillərin 4 nəfər olduğu və onların beynəlxalq axtarışa verildiyi bildirilib. Onun sözlərinə görə, onlardan birinin yeri məlum olsa da, hələlik saxlanılması mümkün olmayıb: "Mənə bildirdilər ki, həmin şəxslər saxlanılanadək onların adlarını açıqlamayacaqlar”.