Cümə axşamı günü, 05 noyabr 2026
     

Pul-kredit sistemindəki dollar xərçəngi: necə xilas olaq?

Image


İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun rəhbərlik etdiyi "Ekonomiks” Beynəlxalq İqtisadi Adaşdırmalar Birliyi dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində Azərbaycanın əldə etdiyi mənfəətin kəskin azalmasını və ölkənin maliyyə sistemində bir sıra ciddi problemlərin yarandığını nəzərə alaraq vəziyyətdən çıxış yollarını özündə əks etdirən təkliflər paketi hazırlayıb.

Ölkəyə daxil olan valyuta gəlirlərinin kəskin azalması səbəbindən yaranmış mürəkkəb maliyyə durumunun tənzimlənməsi və onun mərhəllə-mərhəllə aradan qaldırılması məqsədilə təklif olunan tədbirlərin həyata keçirilməsini zəruri hesab edən "Ekonomiks” BİAB-ın ekspertləri bu tədbirlərin ən qısa zamanda maksimum nəticə verməsi üçün hökuməti heç nədən çəkinmədən müvafiq addımlar atmağa çağırıblar: "Bütün bu tədbirlər ölkədə azad sahibkarlığın inkişafını, kiçik və orta biznesin ən qısa zaman kəsiyində genişləndirilməsini, onun səmərəliliyinin yüksəldilməsini və nəticə etibarilə qeyri-neft sektorundan ixracın həcminin əsaslı şəkildə artırılmasını təmin edəcəkdir. İqtisadiyyatın qeyri-neft sektorunun əsaslı yüksəlişini və qeyri-neft sektorundan ixracın həcminin artımını təmin edəcək bu tədbirlərin reallaşdırılmasına başlamazdan öncə isə ölkədə yaranmış maliyyə gərginliyinin aradan qaldırılması və maksimum maliyyə sabitliyinə nail olunması başlıca şərtdir.

İlk növbədə ölkənin pul-kredit sistemini dollar xərçəngindən xilas etmək lazımdır. Manatın ətrafında bu gün elə bir qeyri-sağlam ab-hava formalaşıb ki, artıq bu, psixoloji prosesə çevrilib - əlində 50 manat olan vətəndaş da imkan olan kimi onu dollara çevirmək istəyir. Bu halı sürətlə yayılan qorxulu xəstəliklə müqayisə etmək olar. Milli valyutanı belə hörmətsiz edən isə Mərkəzi Bankın bu istiqamətdə illərdir apardığı qeyri-dəqiq pul - kredit siyasətidir. Konstitusiya ilə bizdə manat yeganə ödəniş vasitəsi olduğu halda ölkədə illərlədir ki, iri alış-veriş əməliyyatları hər kəsin gözü qarşısında ABŞ dolları ilə aparılırdı. Bütün avomobil salonları, daşınmaz əmlak bazarı və s. bu sıraya aiddir. Mərkəzi Bank bu sahədəki vəziyyəti tənzimləmək yönündə zəruru addımlar atmaq əvəzinə müvəkkil bankların əhaliyə dollarla kreditlərin verilməsini stimullaşdırıb. İş o yerə çatıb ki, müvəkkil banklar sadə vətəndaşı adi bir məişət problemini həll etmək üçün krediti dollarla götürməyə məcbur ediblər. Bütün bunların nəticəsi isə göz qabağındadır. Bu gün banklar tərəfindən verilən kreditlərin 41,9%-i xarici valyutada, 58,1%-i isə manatladır. Milli valyutamıza bu qədər hörmətsizlik kimə lazımdır? Bu vəziyyəti aradan qaldırmağın yolları var axı. Bizdə 1994-1995-ci illərdə "Vahidbank” adlı bir yaramaz təşkilatın ölkədə yaratdığı ciddi maliyyə xaosunu qısa vaxt ərzində aradan qaldırmaq təcrübəsi var. Manat ətrafında yaranmış vəziyyətin də beləcə qısa zaman kəsiyində həlli yolları var bə bunun üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:

- Bu gün qara valyuta bazarının əsasını təşkil edən banklardankənar valyutadəyişmə məntəqələri dərhal bağlanmalıdır və biz bu məntəqələrlə bağlı təklifi ötən həftə mətbuatda sələndirçişik. Sözügedən məntəqələr əslində qara bazarın "ağ don geymiş” iştirakçılarıdır;

- Qanunsuz valyuta alqı-satqısı ilə məşğul olanlar barəsində isə ən sərt tədbirlərin görülməsi nəzərdə tutulmalıdır.Bu tədbirlərin sərtliyi o səviyyədə olmalıdır ki, belə qanunsuz fəaliyyət heç kim üçün maraqlı olmasın.

- Ölkə daxilində xarici valyuta ilə ticarətin bütün formalarına qadağa qoyulmalı, belə ticarətin həyata keçirilməsi halı aşkar olunduqda, satılan mal tam şəkildə dövlətin xeyrinə müsadirə olunmalıdır.

- Mərkəzi Bank hökumətlə birlikdə ən qısa vaxt ərzində idxal-ixrac əməliyyatlarının, müəssisə və təşkilatların xarici borc öhdəliklərinin yerinə yetirilməsi, alış-veriş, gəzinti, müalicə və başqa məqsədlər üçün xaricə gedənlərə valyuta satışının xüsusi qaydalarını hazırlayıb müvəkkil banklara təqdim etməli və bu qaydalara riayət etməyən bankların ciddi şəkildə cəzalandırılması nəzərdə tutulmalıdır;

- Xarici valyutada gəlirləri olmayan fiziki və hüquqi şəxslərə xarici valyutada kreditlər vermək qadağan edilməlidir. İdxalla məşğul olanlar da krediti manatla götürüb sonradan onu müəyyən olunmuş qaydada xarici valyutaya çevirməlidirlər;

- Xarici valyutada olan əmanətlərə illik 0,1%-dən artıq divident (faiz) ödənilməməlidir. Paralel olaraq manatla olan əmanətlərə illik 15%-dən az olmayan divident ödənilməlidir və bu əmanətlər inflyasiya səviyyəsindən asılı olaraq sığortalanmalıdır. Bu məqsədlə də xüsusi qaydalar işlənib hazırlanmalıdır. Görüləcək tədbirlər nəticəsində manatın ətrafında yaranmış ajiotaj aradan qaldırıldıqca əmanətçilər məmuniyyətlə dollarla olan əmanətlərini manatla əmanətə çevirməyə üz tutacaqlar;

- Mərkəzi Bank özünün valyuta rezervlərindən, yaxud xaricdən borclanmaq hesabına son devalvasiya nəticəsində dollarla götürülən kreditlərə görə yaranmış vəziyyəti aradan qaldırmaq üçün manatın yeni məzənnəsi ilə köhnə məzənnəsi arasındakı fərqi banklara ödəməlidir ki, bununla əhali xarici valyutada olan borclarını manatın köhnə (1 dollar 1,05 manat) məzənnəsi ilə ödəyə bilsinlər. Bunu hökumət deyil, məhz Mərkəzi Bank etməlidir. Çünki bir tərəfdən o yaranmış vəziyyətə görə məsuliyyət daşıyır, digər tərəfdən isə problemləri yoluna qoymaq üçün kifayət qədər geniş imkanlara malikdir.

Bütün bu tədbirlər qısa zaman ərzində manatın ətrafındakı gərginliyi aradan qaldıracaq. Bu isə ölkədə qeyri-neft sektoruna yeni investisiyaların yatırılmasına zəmin yaradacaqdır. Bu investisiyaları aşağıdakı qaydada həyata keçirmək olar:

- İlk növbədə xüsusi qaydada inventarlaşma aparmaq yolu ilə ölkənin daxilində rentabellik baxımından istehsalı mümkün olan və bu günə qədər ən azı daxili təlabatı ödəyə biləcək qədər istehsalı olmayan bütün məhsul növlərini müəyyən etmək lazımdır;

- Bu istehsal sahələrinin orta və kiçik müəssisələr şəklində qurulması üçün hökumətin strateji valyuta ehtiyatlarından - yəni Dövlət Neft Fondunun valyuta vəsaitlərindən ən azı 5 milyard dollar həcmində vəsait ayrılmalıdır;

- Həmin vəsaitlər xüsusi tenderlər keçirmək yolu ilə iş adamlarına uzunmüddətli və çox aşağı faizlə (0,75-1,0% həddində) kredit şəkilində verilməlidir;

- Kiçik və orta müəssisələrin qurulması üçün kreditlərin verilməsi, ayrılan kreditlərin istifadəsinə nəzarət isə yeni yaradılacaq xüsusi quruma həvalə olunmalı və bu qurumun idarəçiliyi xaricdən dəvət olunmuş yüksək səviyyəli mütəxəssislərə həvalə edilməlidir.

Bünunla yanaşı, xarici investorların Azərbaycana gəlişini stimullaşdırmaq və qeyri-neft sektoruna investitsiya yatırmaq istəyənlər üçün xüsusi güzəştlər paketi təqdim olunmalıdır. Bu paketdə qeyri-neft sektoruna yatırım edəcək xarici investora 5-7 il üçün bütün vergilərdən azad olunma imkanları verilməlidir. Belə imkanların mövcudluğu xarici sərmayəni kifayət qədər stimullaşdıra biləcək.

Sözsüz ki, Azərbaycan hökumətinin mənşə etibarı ilə dünyada gedən proseslərdən qaynaqlanan bu günkü vəziyyətə adekvat tədbirlər planı var və Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş sonuncu iclasında Prezident İlham Əliyevin çıxışı göstərdi ki, proses şəxsən dövlət başçısının nəzarətindədir. O, indiki situasiyanın tələb etdiyi bütün tədbirləri dəqiq müəyyən edərək əlaqədar qurumların qarşısında müvafiq vəzifələr müəyyənləşdirdi, konkret tapşırıqlar verdi. Bununla belə, hesab edirik ki, vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq bizim də borcumuzdur ki, zərurət yarandıqda dövlətimizə dəstəyimizi əsirgəməyək, yaranmış vəziyyətdən çıxış yollarının tapılması üçün səylərimizi birləşdirək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ