Finlandiya hökuməti yeni ildən Rusiya sərhədindən ölkə ərazisinə velosipedlə keçılməsinə qadağa tətbiq edib. Baki-xeber.com-un Rusiya mətbuatına əsasən xəbərinə görə, bundan sonra sərhədi yalnız avtomobillə keçmək mümkün olacaq.
Fin hökuməti bu qərarını ölkəsinə miqrant axınının qarşısının alınması cəhdi ilə izah edib. Onların fikrincə, Rusiya getdikcə artan qaçqın axınının önünü kəsmək iqtidarında deyil. O üzdən Finlandiya hökuməti miqrantları ölkənin içərilərinə buraxmamaq üçün sərhədyanı bölgələrdə çadırlar qurmağı düşünür.