Bu gün səhət saatlarında Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Bakı-xeber.com bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat əldə edib.
Xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 12 Yanvar 2016-cı il tarixində Bakı vaxtı ilə saat 06:38-də Yardımlı rayonundan 20 km şimalda İran Respublikası ərazisində episentrdə 4.6 maqnitudda zəlzələ qeydə alınması barədə məlumat daxil olub. Zəlzələ yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub. İlkin məlumata əsasən, insan tələfatı və dağıntı yoxdur.