Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycana vahid İstintaq komitəsi lazımdırmı?

Image


Manatın xarici valyutaya münasibətdə dəyəri aşağı düşdükcə bir sıra dövlət orqanlarının ştat vahidində ixtisarlar, fəaliyyət istiqamətləri üst-üstə düşən bəzi orqanların ləğv edilib vahid mərkəzdə birləşdirilməsi məsələsi aktuallaşır. Neftin bir barrelə olan qiyməti də dünya bazarında endikcə böhranın qaçılmaz olduğu mübahisəsiz olur. Buna baxmayaraq vəziyyətin hansı həddə olmasının fərqinə varmayan bəzi mütəxəssislər hüquq-mühafizə orqanlarında istintaq idarələrinin, şöbələrinin və bölmələrin ləğv edilərək vahid departament statusunda, komitə səlahiyyətində yeni bir qurumun yaradılması təklifi ilə çıxış edirlər.
Doğrudur, bəzi ölkələrdə İstintaq komitəsi (İK) var və komitə prezidentə tabe olmaqla onun yanında fəaliyyət göstərir.
Ancaq bir sıra hüquqi, praktik və nəzəri nüanslar bu təcrübənin Azərbaycan dövlətçiliyi mühitində necə işləyəcəyi barədə xeyli ehtiyatlanmalara əsas verir.
İstintaq komitəsinin yarandığı ölkələrdə (RF, Belarus, Qazaxıstan və s.) qəbuledilməz taktikalarla yadda qalır. Saxlanılan və məsuliyyətə cəlb olunan şəxslərin müdafiəçi ilə təmin olunması məsələsi komitənin "Vəkilləri" tərəfindən həyata keçirilir. Müqəssirə sərbəst, inandığı müdafiəçi ilə müqavilə bağlamaq imkanı verilmir. Həbs edilən şəxslərin istintaq hərəkətlərinin fiksiyasında vəkili ilə iştirakına süni məhdudiyyətlər qoyulur. Komitənin siyahısında olan "pulsuz" vəkillər belə hərəkətlərə cəlb olunur. "Pulsuz" vəkillər dinməz-söyləməz təqdim olunan prosessual sənədləri heç bir qeyd etmədən imzalayır, məhkəmələrdə səssiz oturaraq suallara ehtiyac duymur. Bu hal Rusiyada daha açıq şəkildə özünü göstərir və KİV-də bu barədə jurnalist yazıları var. Məsələn: RF-nin "Novaya Qazeta", "Russkiy Jurnal" nəşrlərinin səhifələrində dərc olunan müəllif məqalələrində qeyd edilir ki, siyasi sifarişlərlə fəaliyyət göstərən İstintaq komitəsi putin hakimiyyətinin "legitimliyini" qorumaq üçün əsas alətdir.
SSRİ-nin təşkilinə qədər Rusiya imperiyasında (1864-cü il) istintaq hissələri yalnız məhkəmələrin nəzdində fəaliyyət göstərirdi. Tədricən istintaq məhkəmələrin inzibati tabeliyindən çıxarıldı, hətta prokurorlar da onların işinə nəzarəti həyata keçirə bilməzdilər. Sonradan cinayət mühakimə icraatının nizamnaməsi əsasında prokurorlara geniş nəzarət funksiyaları - səlahiyyətləri verildi. Həmin nizamnamədə deyilirdi: "Prokurorlar və onların əməkdaşları ibtidai istintaq aparmırlar, onlar müstəntiqlərə cinayət işləri üzrə yalnız təkliflər verə və istintaqın gedişini daimi müşahidə altına ala bilərlər".
İstintaq öz fəaliyyətinin yarım əsri ərzində ciddi təşkilati-struktur yenidənqurmaya məruz qaldı, praktik tapşırıqların yerinə yetirilməsində islahatlar aparıldı.
Sovet hakimiyyətinin qurulması dövründə Xalq Komissarlar Sovetinin "Məhkəmələr Haqqında" 1 saylı ilk dekreti ilə istintaq institutu ləğv edildi. Tədricən o məhkəmələrin nəzdində "xalq müstəntiqi" kimi təsis edildi, az bir zamandan sonra məhkəmələrdə olan istintaq ləğv edilərək prokurorluq orqanlarının səlahiyyətlərinə aid edildi, cinayət işlərinin ibtidai istintaqına prosesual nəzarət, habelə qanunçuluğa riayət edilməsi prokurorluq orqanlarında qaldı. Cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması, baş vermiş, hazırlanan cinayətlərin aşkar edilməsi və onu törədəcək şəxslərin müəyyən edilməsi, belə hərəkət və hərəkətsizliklərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi funksiyası və əksər cinayətlərin istintaqı Daxili İşlər Orqanlarına və Dövlət Təhlükəsizlik Komitəsinə həvalə edildi. DİN-nin, DTX-nin və prokurorluğun cinayət işlərinin istintaqı zamanı peşəkarlığı həmişə diqqət çəkib, ağır, xüsusilə ağır cinayətlərin prinsipiallıqla və ədalətlə istintaqı dövlət və cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Düşünürəm ki, klassik adət-ənənə, yəni əvvəlki qaydada istintaq yenə bu üç qurum arasında aidiyyət məsələsi gözlənilməklə bölünməlidir. Məsələnin bu tərzdə həlli istintaqın obyektiv və ədalətli həllinə, prosesual hərəkətlərin nəzarətdə saxlanmasına da geniş imkanlar verəcək.
Keçmiş SSRİ-nin ərazisində Rusiyada, Belarusda və Qazaxıstanda müstəqil ölkələrin dövlət başçıları yanında istintaq komitələri hazırda var, İstintaq Komitəsinin yaradılması haqqında normativ hüquqi akt qəbul edilmişdir. İstintaq Komitəsi - dövlət Hüquq-mühafizə orqanları sisteminin mərkəzləşmiş vahid ibtidai istintaq orqanıdır, Komitə məhkəməyə qədər cinayət mühakimə icraatı sahəsində səlahiyyətləri həyata keçirir və s.
Həmin ölkələrdə İK hərbləşdirilmiş təşkilat olaraq rəsmi heraldik (simvolun təsviri, atlası, gerb haqqında elm) simvola malikdir, İK yalnız Ölkənin Prezidentinə tabedir. Digər tərəfdən İK-nin tabeliyində fəaliyyətini təmin edən təşkilatlar da daxil ola bilər. Bu hissəni şərh etməyə çalışıram: İlk növbədə müstəqil, demokratik, hüquqi və dünyəvi dövlətin başçısının yanında fəaliyyətində humanizm, qanunçuluq, bərabərlik və ədalət prinsiplərini rəhbər tutan istintaq orqanının hərbiləşdirilmiş orqan kimi yaradılması dövlətin hüquqiliyinə zərər vura bilər. Digər tərəfdən, dövlət başçısının kifayət qədər səlahiyyətlərinə yeni bir quruma rəhbərliyi həyata keçirmək vəzifəsinin də əlavə edilməsi hüquqi məntiqlə uzlaşmır. Prezidentin xarici səfərləri zamanı istintaqın gedişi barədə kimə məruzə etmək, əlavə tapşırıqlar almaq imkanları daralacaq.
Lakin indiki halda Baş Prokurorluqda istintaqa nəzarəti birinci və yaxud ikinci şəxs, DİO-da və Dövlət Təhlükəsizlik Xidmətində isə istintaqa peşəkarlığın üzərində qərar tutan, çat verməyən nəzarət var, versiyalara uyğun əməliyyat tapşırıqları verilir, nəticədə naqisliyə az yer qalır və yaxud qarşısı vaxtında alına bilir. Yetər ki, peşəkarlıq olsun.
İstintaqın fəaliyyətini təmin edən təşkilatların yaradılmasına isə belə aydınlıq gətirmək olar: qüvvədə olan cinayət prosesual qanunvericiliyi müstəntiqlərin, təhqiqatçıların, prokuror və hakimlərin cinayət işlərinin prosesual mahiyyətinə görə verdikləri tapşırıqların fiziki və hüquqi şəxslər, dövlət orqanları tərəfindən yerinə yetirilməsi istintaqın fəaliyyətinin təminatının təzahürüdür. Bu, qanunun tələbidir, imperativ xarakterlidir.
Hakimiyyətin bölünməsi sistemində İcra Hakimiyyətinin (digər hakimiyyət qolları da həmçinin) müstəqilliyi mütləq deyil, nisbidir. İcra Hakimiyyətinin başçısı ölkə əhalisinin vahidliyini təcəssüm etdirir və dövlət başçısı məhz ondan ötrüdür ki, xalqın vahid hakimiyyət iradəsinin maraqları naminə, ümumdövlət əhəmiyyətli məqsədlərin əldə olunmasında razılaşdırılmış funksiyaları təmin etsin. Hazırda Mərkəzi İcra Hakimiyyəti orqanlarında DİN, DTX, Vergi, Gömrük, FHN-də istintaq idarələri və şöbələri fəaliyyət göstərir. Bu səlahiyyət normativ hüquqi aktlar əsasında verilib və aktlar öncədən Dövlət Başçısı tərəfindən imzalanaraq razılaşdırılıb. Bu mənada, Prezident ibtidai istintaqla bağlı səlahiyyətləri həmin orqanlara etibar və etimad göstərərək vermişdir. Bəzən istintaqın gedişində prosesual hüquqpozmalara yol verilsə də, təsirli tədbirlər görülür və görüləcək. Ritmik prosesual ahənglə başlanan və davam edən ibtidai istintaqın vahid və mərkəzləşdirilmiş qaydada ayrıca bir qurum kimi yalnız prezidentin yanında funksiyalaşması hüquqi məntiqə sığmır. Belə bir fikir formalaşa bilər ki, dövlət başçısı həmin qurumlara etibar etmədiyindən bu addımı atdı və s.
Əvvəla, Dövlət başçısı - konstitusion orqan kimi dövləti ölkə daxilində və onun hüdudları kənarında təmsil edən dövlətin yüksək - ali vəzifəli şəxsi, xalqın Dövlətçilik Simvoludur. Hər şeyi dövlət başçısına həvalə etsək, hər şeyi ondan tələb etsək onda qeyd etdiyim orqanlar nə üçündür? Haşiyə çıxıram. Vaxtilə ABŞ prezidenti Kennedi ondan hər şeyi tələb edən Amerika xalqına üzünü tutaraq sual etmişdi: Bəs siz dövlət üçün nə etmisiz? Eyni sualı başqa cür səsləndirə bilərik. Bəs biz-dövlətin büdcəsilə maliyyələşən dövlət qurumları nə işlə məşğul olacaqlar? İstintaq komitəsi təsis olunacağı təqdirdə Baş prokurorluq yalnız dövlət ittihamçılarından ibarət olmaqla kiçik bir şöbə və ən yaxşı halda idarə səlahiyyətində fəaliyyət göstərməli olacaq. Eyni hal başqa nazirliklərdə də təkrar oluna bilər. Belə olacağı təqdirdə cinayətkarlıqla mübarizə sahəsində koordinasion əlaqələr yox olacaq, əməliyyat məlumatlarının mübadiləsi sıfıra enəcək və s.. Yenə haşiyə üçün zərurət yaranır. 20 il əvvəl Penitensiar Xidmət sahəsi - islah əmək düşərgələri (Kaloniyalar) kimi 70 il DİN-in nəzdində fəaliyyət göstərirdi. Düzgün təşkil edilmiş çevik idarəçilik nəticəsində (cəzaçəkmə müəssisələrindən) bağlı qalmış ağır cinayətlərin açılması istiqamətində səhih məlumatlar səmərə verirdi. DİN tabeliyində olan belə qurumla əlaqəni düşünülmüş şəkildə qurduğundan mübarizə əhəmiyyət kəsb edirdi. İndi Penitensiar qurumun bu istiqamətdəki fəaliyyəti (qənaətim belədir) civə sütununda aşağı dərəcədədir. Səbəb penitensiar quruma rəhbərliyi həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməliyyat-axtarış fəaliyyətilə məşğul olmaq səlahiyyətinin olmamasındadır.
Azərbaycan Prezidentli Respublika olduğuna görə Dövlət Başçısı, bütün ölkələrdə olduğu kimi, ümumi oxşar səlahiyyətlərə malikdir. Səlahiyyət müddətləri ərzində Prezidentin hökuməti formalaşdırmaq, məmurları işdən azad etmək, vətəndaşlıq və sığınacaq hüququ vermək və Ali Baş Komandan kimi məsuliyyətli missiyasını da düşünsək İstintaq Komitəsinin təsis edilməsi təklifinin reallaşması xeyrimizə deyil, ziyanımıza çevriləcək.
Hazırda ölkəmizdə fəaliyyət göstərən istintaq qurumlarının fəaliyyət istiqamətlərinin əsasını konstitusiya, normativ hüquqi və digər normativ xarakterli aktlar təşkil edir. Mən, İstintaq komitəsi olan ölkələrin qanunvericiliyinə bələdəm, komitənin fəaliyyət prinsipləri qanunçuluqdan, aşkarlıqdan, şəffaflıqdan (qanuna zidd olmayan həddə) öz səlahiyyətlərini həyata keçirərkən müstəqil olmasından ibarətdirsə, müasir anlamda və təcrübədə də hər bir müstəntiq işində müstəqildir, qanunçuluğa riayət etməlidir və qismən aşkarlığa yol verə bilir.
İstintaq Komitəsinin əsas tapşırıqları cinayətlərin hərtərəfli, obyektiv, tam və operativ qaydada, ibtidai istintaqı cinayət-prosesual qanunvericiliyinə uyğun aparmaqdan, vətəndaşların hüquq və azadlıqlarını, təşkilatların, dövlət orqanlarının qanuni maraqlarını, ictimai maraqları qorumaqdan, cinayətlər haqqında ərizə və məlumatların yoxlanılması zamanı qanunçuluğa riayət edilməsindən və öz səlahiyyətləri daxilində dövlətin cinayət hüquq siyasətinin həyata keçirilməsindən ibarət olacaqsa, indi də eyni tapşırıqlar qüvvədədir.
Qeyd etdiklərimə istinad edərək belə qənaətə gəlmək olar ki, İK-nin fəaliyyət göstərdiyi ölkələrdə ciddi korrupsiya əlamətləri, prosesual hüquqpozmalar, komitənin səlahiyyətlərinin və fəaliyyət istiqamətlərinin bir nəfərin iradəsindən asılı olması, vətəndaşların hüquq və azadlıqlarının pozulması ilə müşayiət edilən səlahiyyət həddini aşmalar, ən başlıcası-dövlət büdcəsindən ayrılan xərclərin artımı ilə bağlı olduğundan komitənin yaradılması prosesual reallığı əks etdirmir. Sadəcə istintaq orqanları olan qurumlar tabeliyindəki heyətə nəzarəti gücləndirməli, prokurorluq isə prosesual qaydalara zidd ittiham etmə hallarına yol verməməlidir. Diqqət çəkən, lakin o qədər də hüquqi qınağa səbəb olmayan digər hal bəraət hökmü çıxarılmış cinayət işlərinin taleyidir. Naqis istintaq hallarına qarşı da ciddi yanaşmaq lazımdır. Prosesual hüquqpozmalara yol vermiş şəxslər barədə qətiyyətli tənbeh tədbirləri görməklə, istintaqçılar ətrafında dolaşan və bu xidmətlə bir araya sığmayan söz-söhbətlərə də son qoymaq olar.
Şəmsəddin Əliyev,
hüquqşünas 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ