Misirin qaçqın düşmüş alternativ parlamenti yeni seçilmiş tərkibdəki ölkə parlamenti ilə eyni vaxtda İstanbulda ilk iclasını keçirməyə hazırlaşır. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
Xəbərə görə, bununla bağlı alternativ parlament bəyanat yayıb. Bəyanatda bildirilir ki, alternativ parlamentin İstanbulda keçiriləcək ilk iclasına müxtəlif ölkələrdən ictimai xadimlər və böyük bir qrup jurnalist dəvət olunub. Qaçqın parlamentin başçısı Cəmal Haşmet Anadolu Agentliyinin müxbirinə bildirib ki, Misir xalqını təmsil etmədiyi üçün ölkədə dekabr ayında seçilmiş yeni parlamenti tanımır.