İki nəfər rusiyalı qadın İstanbuldan Bəhreynə uçan "Turkish Airlines” təyyarə reysinin yubanmasına səbəb olub. Baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, yubanmaya səbəb qadınların təyyarədə qalmaqal yaratmaları olub. Belə ki, Atatürk hava limanında təyyarəyə minən qadınlar salonda səs-küy salaraq qalmaqal yaradıblar. Bu isə digər sərnişinlərin narazılığına səbəb olub. Nətiədə təyyarəyə polis çağırılıb və onlar təyyarədən düşürülərək beynəlxalq terminaldakı polis bölməsinə gətirilib. Burada bir müddət saxlandıqdan sonra qadınlar geriyə - Moskvaya yola salınıb. Yalnız bundan sonra təyyarə, artıq gecikmə ilə olsa da, Bəhreynə uça bilib.