Bu gün axşam saatlarında Naqariyada mümkün terror olayı ilə bağlı blok-postlar qoyulub. Bu barədə baki-xeber.com Mignews.com-a istinadən xəbər verir.
Xəbərə görə, yerli sakinlər şəhərdə çoxlu sayda polis maşınının olduğunu bildirib. Polislər gücləndirilmiş rejimə keçirilib. Artıq terrorla təhdid edən bir ərəb qadınının göz altına alındığı xəbər verilir. İsrail mətbuatının xəbərinə görə, tutulan qadın Taybe sakinidir. Məhz onun Naqariyada terakt törədəcəyilə bağlı təhdidləri şəhərdə polis qüvvələrinin səfərbərliyinə səbəb olub.