Ermənistanda bu günə kimi 170 halda H1N1 virusuna yoluxma halı qeydə alınıb. Baki-xeber.com bu barədə "Vestnik Kavkaza” portalına istinadən xəbər verir.
"Dörd nəfər pasiyent hazırda ağır vəziyyətdə reanimasiyadadır. Həmçinin 2015-ci ilin sonunda sözügedən virusdan 6 ölüm faktı qeydə alınıb” – deyə Ermənistan səhiyyə nazirinin müavini Vahan Poqosyan bildirib. Onun sözlərinə görə, xəstələrin çoxu digər adı "donuz qripi” olan H1N1 virusuna yoluxduğundan xəbərdar deyil və bir çoxu bunu öyrənmədən sağalıb.